10000 addım

10000 addım

Gündə 10 000 addım  atmaq və ya gəzmək, başda ürək sağlamlığını qorumaqla bütün bədənə müsbət təsir göstərir.İlk növbədə insanda çəki azalmasına səbəb olur.Kilo vermənin əsas mexanizmi kalori yandırmaqdır. Dieta ilə bərabər azalan kalorilərin üstünə 10 000 addım gəzmək, günlük 500 kalorinin yanması deməkdir. Gündəlik 10 000 addım atmanın ən böyük faydalarından biri də xolesterin mübadiləsini tənzimləyərək yağların əriməsidir. Əsasən də qanda triqliseridləri sadəcə addım ataraq aşağı salmaq olar. Damarları qoruyan HDL-i ( yaxşı xolesterin)  yüksəltmənin də ən vacib yolu gündə 10 000 addım gəzməkdir.

Gündə 10 000 addım atmaq orqanizmin müqavimətini artırır. Enerji səviyyəsi artdığına görə yorğunluq hissi azalır, bədəndə olan səbəbsiz ağrılar itir.

Gündə 10 000 addım atmaq beyin sağlamlığını gücləndirir, diqqət və konsentrasiya qabiliyyətini artırır. Gündəlik müntəzəm gəzən insanlarda insult riskində azalma müşahidə edilmişdir. Həmçinin gündə 10 000 addım atmaq yuxunu da normallaşdırır, belə ki, yuxunun keyfiyyətini və daha dərin yuxuya getməyi tənzimləyir. Keyfiyyətli yuxu isə bədənin ən vacib detoks mənbəyidir.

Gündə 10 000 addım atmaq qan təzyiqinə müsbət təsir göstərir. Əgər insan bunu daimi olaraq davam etdirsə,2-ci aydan etibarən təzyiqdə 10 mmHg-yə qədər düşmələr qeyd olunur.Düzənli yürüyüşlər zamanı damar sərtliyi azalaraq, xolesterin dəyərlərində, şəkər və təzyiqdə düşmələr müşahidə olunur. Bu da dünyada 1-ci yerdə ölüm səbəbi olan ürək krizi riskinin  20% azalmasına səbəb olur.

Hərəkətsizlik və tənbəlliyin ən vacib nəticələrindən biri ürəkdöyünmə şikayətidir. Gəzməyən insanlarda bir neçə addım atarkən nəbz 150-yə çatır. Lakin gündə 10 000 addım isə ürək nəbzini azaldır, ritm pozğunluqlarının qarşısını alır.

Gündə 10 000 addım atmaq insulin dirəncinə müsbət təsir göstərərək, diabet riskini azaldır. Diabet xəstələri isə hər gün addımlayaraq dərman və insulin ehtiyacını azalda bilərlər.

Gündəlik gəzintilər ayaq əzələ və damarlarını gücləndirir. Ayaqlarda qan dövranını sürətləndirərək, varikoz və tromb əmələ gəlməsinin qarşısını alır.

Avropa Kardiologiya Cəmiyyəti həftəlik 150 dəq gəzməyi tövsiyyə edir ki, bu da günlük 7500 addıma bərabərdir. Lakin bu vaxt həftəlik 300 dəq-yə qalxdıqda, günlük 10 000 addım edir və oqranizmə daha çox fayda verir. Addımlamaq düzənli və sürətli olmalıdır. Addımların sayını bilmək üçün pedometr deyilən cihazdan ya xüsusi addım və nəbz sayını göstərən saatlar və mobil telefon əlavələrindən istifadə etmək olar.

Kardioloq Dr. Günel Kərimova