Anadangəlmə qalxanvari vəz anomaliyaları

Anadangəlmə qalxanvari vəz anomaliyaları

Anadangəlmə qalxanvari vəz anomaliyaları.
Qalxanvari vəz, və ya tiroid vəzi iki pay və boyun hissədən ibarətdir.Tiroid vəzinin anadangəlmə anomaliyaları arasında tək payda və ya vəzin bütünündə aplaziya, dəyişən dərəcələrdə hipoplaziya və ektopiya yer alır.Ultrason müayinəsi vasitəsiylə bu vəzdəki nəzərəçarpan kiçikliyi göstərərək hipoplaziya diaqnozunu qoymaq mümkündür.Həmçinin yüksək tezlikli US nisbətən tez rast gəlinən 3000-4000 canlı dogumda bir görülən anadəngəlmə hipotireoz xəstəliyini də aşkarlamada yardımcıdır. Anadangəlmə hipotireozun etiologiyasının ( disgenez, dishormogenez və ya hipofizar/hipotalamik hipotireoz ) araşdırılması proqnoz və müalicəni müəyyən etməkdə çox önəmlidir.Müalicəyə vaxtında başlanma ilə mental gerilik və sümük inkişafında gecikmənin qarşısı alına bilər.
Ektopik tiroid toxumasının ( məsələn lingual və ya suprahyoid sahədə yerləşməsi ) aşkarlanmasında həmçinin sintiqrafiyanın rolu böyükdür.