Loading...

HAYAT Estetik

Hayat Clinic-lə gözəl olun!

Hayat Сlinic-də estetik əməliyyatın açıldığı gündən bizim üçün əsas prioritetlər təhlükəsizlik, pasiyentin rahatlığı və qüsursuz estetik nəticələrdir. Hayat Clinic-də estetik əməliyyatlar uğurla həyata keçirilir. Sağlam və baxımlı bir görünüşün bu gün uğur strategiyasının vacib bir elementi olması təəccüblü deyil.

Mütəxəssislər:

Təhlükəsizlik, rahatlıq və ən yüksək peşəkar standartlara diqqət yetirən klinikanın heyəti qüsursuz estetik nəticələr əldə edir. Hayat Clinic-də yüksək ixtisaslı mütəxəssislər misilsiz müəllif metodlarından istifadə edərək əməliyyatlar aparırlar. Klinikamızın mütəxəssisləri dünyanın müxtəlif ölkələrində təcrübə keçmişlər.

Rahatlıq:

Klinikamızda pasiyentlərə maksimum qayğı və diqqət göstərilir. Geniş palatalar, elektrikli sürücüsü və tibbi personal çağırma düyməsinə sahib rahat ortopedik çarpayılar, duş və müxtəlif yeməklər - bunların hamısı pasiyentlərin rahatlığını təmin etmək üçün Hayat Clinic-da mövcuddur!


Xəyallarınızın iki addımlığında!

Bir insan hər yaşda görünüşünün qüsurlu olması səbəbindən narahatlıq hiss edə bilər. Problem başqa yollarla həll olunmazsa, plastik cərrahiyyə köməyə gəlir. Bu gün həmin problemlərin həlli demək olar ki, mümkünsüz deyildir. Özünüzü dəyişdirmək arzunuz varsa, o zaman müəyyən bir yaş gözləmədən hərəkətə keçin. Yubileyi, bir uşağın doğulmasını və ya bir yüksəlişi gözləməyə ehtiyac yoxdur.

Əməliyyatdan sonra nəticəni necə saxlamaq olar?

Şübhəsiz ki, hər bir pasienti plastik əməliyyatdan sonra alınan effektin nə qədər davam edəcəyi narahat edir. Və nadir hallarda pasientlər əldə edilən nəticəni uzatmaq üçün nə edəcəyini düşünürlər. Anlamaq lazımdır ki, pasiyentin həyat tərzi sağalma müddətinə, yara izlərinin görünüşünə və ümumiyyətlə son nəticəyə təsir edə bilər. Əməliyyatdan sonrakı dövrdə həkimin tövsiyələrini yerinə yetirərək daha sürətlə sağalacaq və normal həyatınıza qayıdacaqsınız.


Əgər siz üz nahiyəsində əməliyyatı keçirmisinizsə, əməliyyatdan sonrakı dövrdə siqaretdən azad olmalısınız. Çünki nikotin qan damarlarının daralmasına səbəb olur və qeyri-kafi qan tədarükü yalnız zəif yara sağalmasına, hətta bəzi toxumaların nekrozuna səbəb ola bilər. Birbaşa ultrabənövşəyi radiasiyaya məruz qalma digər ciddi risk faktoru hesab olunur. Günəşdən qoruyucu krem ilə zərərli şüaları zərərsizləşdirə bilərsiniz. Hamam və saunaya ziyarət də əməliyyatdan sonra iki ay müddətinə istisna olunur.
Qarın əməliyyatı keçirmişsinizsə, əməliyyat tarixindən etibarən altı həftə ərzində fiziki fəaliyyətlə məşğul olmağınız qadağandır. Həm də sabit bir çəki saxlamaq çox vacibdir. Kilo verməyi və ya kilo artirmağı planlaşdırırsınızsa, əməliyyatdan əvvəl bunu etmək məsləhət görülür.

Yüksək ixtisaslı mütəxəssis Mübariz Məmmədli - Plastik, Estetik və Rekonstruktiv Cərrah

  • Sinə estetikası
  • Bədənin şəkilləndirmə
  • Endoskopik qaş qaldırması
  • Göz estetikası (pişik gözü əməliyyatı)
  • Yanıq cərrahiyyəsi
  • Rinoplastika
  • Abdominoplastika
  • Üz blefaroplastikası
  • Üz estetikası
  • Otoplastika
  • Dodaq plastikası

Günel Məmmədli - Lor cərrah

  • Tonsillotomiya
  • Tonzillektomiya
  • Adenotomiya
  • Septoplastika
  • Rinoseptoplastikası
  • Otoplastika
  • Timpanotomiya
  • Qulaq pərdəsinin şuntlaması
  • Səs tellərin yeni törəmələrinin ləğvi
  • FESS
  • Konxotomiya
  • Lazer üsulu ilə poliplərinin ləğvi
  • Lazer konxotomiyası (burun qulaqçıqların kiçildilməsi)
Plastik cərrah, t.e.n.

Həftə içi : 10:00 - 16:00

Anestezioloq-reanimatoloq

Həftə içi : 09:00 - 18:00