ENMQ

ENMQ

ENMQ –sinir sistemini funksional cəhətdən dəyərləndirməyə imkan verən elektrik impulslarının rəqəmsal ölçülməsi metodudur. Bu metodların tətbiqində 2 məqsəd vardır:
1. Sinirin zədələnmə nahiyyəsini, ağırlıq dərəcəsini dəqiqləşdirmək və diaqnozu tam formalaşdırmaq.
2. Müalicənin tətbiqindən sonra baş verən dəyişiklikləri dəyərləndirmək. Bu isə öz növbəsində bizə daha düzgün müalicə növünün seçilməsinə imkan yaradır.

ENMQ-nin üsulları:
1.Elektroneyroqrafiya (ENQ)– səthi elektrodlar vasitəsilə sinir impulslarının qeydə alınması.
2.Elektromioqrafiya (EMQ)– iynə elektrodla sinir-əzələ vahidinin yoxlanması.

ENQ üsuluilə
– hissi vəya hərəki sinirlərin zədələnməsini
– miyelin qişa vəya aksonun zədələnməsini
– bir vəya bir neçə sinirin zədələnməsini (mono-,polinevropatiya)
– zədələnmənin lokalizasiyasını müəyyənləşdirmək olar.
ENQ aşağıdakı xəstəliklərdə tətbiq edilir:
– mono-,polineyropatiyalar
– radikulopatiyalar,pleksopatiyalar
– tunel sindromları(karpaltunel,kubitaltunel,peronealsinirin sıxılması)
– periferiksinir travmaları

EMQ üsulu
periferik moto neyronun və ya periferik sinirin zədələnməsi

denervasyon göstəricilərinin dəyərləndirilməsi
əzələnin nə dərəcədə qorunub saxlandığını prosesin kəskin və ya xronikiliyini təsdiq edir.

Bu metoddan aşağdakı xəstəliklərin diaqnostikasında istifadə edilir:

  1. Miyopatiya,miyotonik distrofiyalar,polimiozit.
  2. Yanamiyo trofikskleroz,boyun miyelopatiyası,spinalamiyotrofiya
  3. Poliyomiyelit,post-poliosindromu
  4. Onurğa sütunu disk yırtığı,radikulopatiya
  5. Sinir travması