KT

KT müayinələri 128 kəsikli Optima cihazında aparılır.
Bu cihaz çəkisi 230 kq –a qədər pasiyentlərdə müayinəni aparmaqa imkan yaradır.
Cihaz tez sürəti və rentgen şüaların aşağı dozası ilə digər modellərdən seçilir.
Bu KT cihazda bütün bədənin görüntüsünü bir neçə saniyyə içərisində əldə etmək olar.
Travmatik zədələnmələr,  ağ ciyər xəstəlikləri və bağırsağ müayinələri üçün KT müayinəsi əvəz olunmazdır.


Kompyuter tomoqrafiyada bu müayinələr aparılır:

Baş beyin və kəllə sümükləri
Paranazal sinuslar
Orbital strukturalar
Gicgah sümükləri
Onurğa sütunu (boyun, döş, bel, oma, büzdüm) – sümük strukturları
Boyun yumşaq toxumaları
Oynaqlar – sümük strukturlarını dəyərləndirmək üçün
Ətraf sümüklər və yumşaq toxumalar
Ağ ciyərlər, döş qəfəsin yumşaq toxumaları və divararalığı
Qarın boşluğu üzvləri
Kiçik çanaq üzvləri
Böyrəklər və böyrəküstü vəzlər
Kontrastlı dinamik müayinələr
Kontrastlı angioqrafiyalar (mərkəzi və periferik damarların)
3D (üç ölçülü) rəngli görüntülər.
KT zamanı avtomatik injektor vasitəsi ilə dinamik kontrastlı müayinələr və angioqrafik müayinələr aparıla bilər.