Tredmil

Tredmil test fiziki yük sınağının bir növüdür, yürümə bandı üzərində sürətin və bucağın dəyişilməsi ilə pasiyentə fiziki yüklənmə verir. Testin məqsədi, pasiyentin yaşından asılı olaraq nəbz sayını müəyyən bir həddə çatdırıb fiziki gərginlik zamanı ürəyin qanla təchizatının nə dərəcədə normal olduğunu və fiziki yükə olan potensialını öyrənməkdir.

Testin aparılmasına göstərişlər:
- ürək-damar xəstəliyi şübhəsi olan, istirahət EKQ-si normal olan və atipik şikayətləri olan pasiyentlər
- koronar angioqrafiya aparılmadan yaxınlarda müalicəsi aparılmış kəskin koronar sindrom keçirmiş pasiyentlər
- əvəllər aparılmış koronar xəstəliyi və xəstənin klinik vəziyyətinin dəyişməsi
- ürəyin ritm pozğunluqları
- urəyin qapaq xəstəliyi
- planlı qeyri-ürək cərrahiyyə əməliyyatından qabaq və s.
Əgər pasiyentdə əvvəldən təyin edilmiş maksimal nəbz sayına çatmadan anormal qəbul edilən şikayət və/ və ya EKQ dəyişikliyi olarsa test erkən dayandırılır.
Testin nəticələri kardioloq tərəfindən qiymətləndirilir.