Uşaqlarda piylənmə göstəriciləri əvvəllər durmadan artsa da, pandemiya COVİD-19 yalnız Massaçusetsdə bu tendensiyanı daha da  sürətləndirdi. (JAMA Pediatrics)
Müəllifdən: Görünür, pediatr və endokrinoloqlar bu informasiyaya diqqətlə yanaşmalıdır, çünki Massaçusetsdə uşaq piylənməsinin artması tendensiyası dünyanın digər regionlarında da müşahidə oluna bilər.
Qida və dərman məhsulların  keyfiyyətinə sanitar nəzarət idarəsi (FDA) qalxanabənzər vəzi və döş xərçəngini yalnız 2 saniyə ərzində tanımağa qadir olan yeni Koios Medical süni intellekt texnologiyasını təsdiqləyib. (FierceBiotech )
Daha çox duz istifadəsi 2-ci tip diabetli insanlarda acqarına qlükozanın və HbA1c qan plazmasında daha yüksək səviyyələri ilə əlaqələndirilir (Diabetes, Metabolic Syndrome and Obesity: Targets and Therapy).
İngiltərədəki Exeter Universitetindən olan tədqiqatçılar hipoqlikemiyanın qarşısını almaq üçün beynə yönəlmiş yeni bir müalicə inkişaf etdirirlər (ScienceDaily).
Viridian Therapeutics şirkəti elan edib ki,  qalxanabənzər  vəzlə bağlı olan göz xəstəliyin müalicəsində yeni üsulun konsepsiyasını təsdiqləmək üçün I /II fazanın klinik sınağı zamanı İlk iştirakçı doza alıb, 
Hörmətlə, Həkim Gülnarə İsgəndərli

Mənbə: News and commentary from the endocrinology world by Kristen Monaco, Staff Writer, MedPage Today December 26, 2021