OSTEOPOROZ

Osteoporoz  -  sümük sıxlığının azalması, kövrəkliyi və patoloji qırıqlara meylli olduğu bir vəziyyətdir. Başqa sözlə, osteoporoz, skeletin artan "gözenekliliğidir".Sümüklərin içərisində boşluqlar yaranaraq sümüyün daxili quruluşunu zəiflədirlər. Bu xəstəlik eyni vaxtda skeletin bütün sümüklərinə təsir edir və bu ən sadə həyat şəraitində,hətta kiçik travmalar nəticəsində ,qırıq riskinə səbəb olur. 

Osteoporoz, qeyri-infeksion xəstəliklər arasında, ürək-damar, onkoloji xəstəliklər və şəkərli diabetdən sora 4-cü yeri tutur. Osteoporoz üçün xarakterik olan xüsusiyyət sınıqların əsasən fəqərələrdə, bud sümüyünün boynunda və bazuönü sümüklərində baş verməsidir.

Sümüyün normal inkişafı üçün kalsium, fosfor mikroelementləri, zülallar, vitaminlər kifayət qədər olmalıdır.Sümük toxumasının əsas hissəsi, təxminən 85 faizi uşaqlıq və gənclikdə toplanır. 25 yaşında artıq maksimuma çatır. 35 yaşdan sonra sümük kütləsi azalmağa başlayır. 50 yaşdan sonra xəstəliyə düçar olma riski daha yüksəkdir.

Osteoporozun inkişafına səbəb ola biləcək əsas risk faktorları:
•    siqaret və alkoqoldan istifadəsı
•    yaş faktoru

•    qadın cinsinə mənsub olmaq

•    irsi meyllilik

•    revmatik və endokrin xəstəliklər

•    kişilərdə androgenlərin çatışmazlığı

•    fiziki aktivliyin azalması və oturaq həyat tərzi 
•    qeyrı-düzgün qidalanma və məhdudlaşdırıcı pəhrizdən istifadə;
•    dərmanların istifadəsi (daha çox hormonal)


Osteoporoz  uzun müddət əlamətsiz keçə bilər.İlk simptomları döş və bel nahiyələrində ağrı ilə özünü göstərə bilər. Osteoporoz  zamanı pasientin boyu tədricən azalır, 25 yaşla müqayisədə insan boyunda (3 sm) azalma var,qaməti dəyişilir və onurğa daha az hərəkətli olur.
Risk qrupuna daxil olan şəxslərə ildə 1 dəfədən az olmayaraq rentgen densitometriyası müayinəsi keçməyi tövsiyyə olunur.

Hörmətlə: həkim-endokrinoloq Səbinə Məlikova