Endokrinologiya

Endokrinologiya - endokrin sistemə daxil olan vəzlərin funksiyalarını və endokrin sistemin xəstəliklərini öyrənən elmdir. Endokrin sistem vəzlər  hormonların sintezinə, fəaliyyətinə və ifrazına nəzarət edən orqanlardır. Hormonların metobolizmi, azalması və artması ilə də endokrinalogiya elmi məşğul olur.  Ətraf mühitin dəyişilməsi,irsi faktorlar, hipodinamiya və az hərəktətlik, qidalanma pozuntuları, stress və müxtəlif mənfi amillər endokrin vəzlərin fəaliyyətini tez-tez pozaraq  diabet xəstəliyinin, qalxanvari vəzinin, yumurtalıqların və hipofizin müxtəlif xəstəliklərinin inkişafına gətirib çixara bilər.
Endokrin xəstəliklər mürəkkəb və uzunmüddətli müalicə tələb etdiyindən onları mümkün olduğu qədər tez aşkar etmək, vaxtında qarşısını almaq və inkişafına yol verməmək mühüm əhəmiyyət kəsb edir.
Endokrin vəzlərin xəstəlikləri aşağıdakılardır:
 tiroid vəzi xəstəlikləri
 hipofiz vəzi xəstəlikləri
 böyrəküstü vəzləri xəstəlikləri
 şəkərli diabet
 kalsium-fosfor mübadiləsinin pozulmaları
 piylənmə
 reproduktiv endokrinoloji xəstəliklər

Endokrin xəstəliklərin əlamətləri:
Artıq çəki və ya çəkinin normadan az olması, naməlum səbəbdən qısa müddət ərzində çəkinin artması və ya azalması
Boyun nahiyəsində sıxılma hissi, udqunmada və nəfəs almada çətinlik
Ürəkdöyünmə və ürək ritminin pozulması,arterial teziqin qalxması, əl titrəməsi, daxili titrəmə, emosional pozuntular, qəbizlik, üzdə şişkinlik
Gözlərdə quruluq hissi, gözlərin sulanması, bərəlməsi, boyunun ön səthində nəzərə çarpan şişkinlik
Ağızda quruluq, susuzluq, maye qəbulunun artması, tez-tez sidiyəgetmə
Halsızlıq, yorğunluq, yuxululuq, yaddaşın zəifləməsi, tez-tez baş ağrıları, əvvəlki baş ağrılarının xarakterinin dəyişməsi
Görmə qabiliyyətinin kəskin zəifləməsi
Yeniyetmələrdə cinsi inkişafın lənqiməsi
Menstrual tsiklin pozulması, süd vəzilərindən ifrazatı, sonsuzluq, uşaqsalma halları
Saç tökülməsi və yağlanması, tüklənmə, üzdə davamlı sızanaqlar
Həmçinin, yaxın qohumlarında qalxanvari vəzinin xəstəlikləri və ya şəkərli diabet aşkar olunan şəxslərə, eləcə də hamiləliyi planlaşdıran və ya hamiləliyin erkən dövründə olan qadınlarda endokrinoloqun konsultasiyası tövsiyyə olunur.
Şikayət olmasa belə, 35 yaşdan sonra qalxanvari vəzi  mütamadi olaraq yoxlamaq və ildə 1 dəfə qanda şəkərin miqdarını təyin etmək vacibdir. Həmçinin, menopauza dövründə olan qadınlara və yaşı 55-i keçən kişilərə osteoporoza meyllilik müayinəsindən keçmək məsləhət görülür.
Ambulator şəraitində aşağıdakı müayinələr aparılmalıdır:
Kompleks endokrinolojı müayinə
Şəkərli diabetin inkişafına gətirən vəziyyətlərin korreksiyası
1 və 2-ci tip şəkərli diabet xəstələrin müalicəsi, diabet fəsadlarının müayinə və müalicəsi
Qalxanvari, böyrəküstü, paratoid və hipofiz, vəzlərinin müayinə və müalicəsi