Endokrinologiya

Endokrinologiya

  Endokrin vəzlərin funksiyalarını və endokrin sistemin xəstəliklərini öyrənən elmdir.Endokrin sistem vəzləri,  hormonların sintezinə, fəaliyyətinə və ifrazına nəzarət edən orqanlardır. Hormonların metobolizmi, azalması və artması ilə də endokrinologiya elmi məşğul olur. 

Ətraf mühitin dəyişilməsi, stress və müxtəlif mənfi amillər endokrin vəzlərin fəaliyyətini tez-tez pozaraq  diabet xəstəliyinin, qalxanvari vəzinin, yumurtalıqların və hipofizin müxtəlif xəstəliklərinin inkişafına gətirib çixara bilər.

Endokrin xəstəliklər mürəkkəb və uzunmüddətli müalicə tələb etdiyindən onları mümkün olduğu qədər tez aşkar etmək, vaxtında qarşısını almaq və inkişafına yol verməmək mühüm əhəmiyyət kəsb edir.

Endokrin vəzlərə aşağıdakılar aiddir:

  1. trioid vəz
  2. timus vəz
  3. hipofiz vəz
  4. böyrəküstü vəz
  5. epifiz vəz 
  6. mədəaltı vəz 
  7. cinsiyyət vəzləri

Endokrin xəstəliklərin əlamətləri:

  1. Artıq çəki və ya çəkinin normadan az olması, naməlum səbəbdən qısa müddət ərzində çəkinin artması və ya azalması
  2. Boyun nahiyəsində sıxılma hissi, udqunmada və nəfəs almada çətinlik
  3. Ürəkdöyünmə və ürək ritminin pozulması, əl titrəməsi, daxili titrəmə, emosional pozuntular, qəbizlik, üzdə şişkinlik
  4. Gözlərdə quruluq hissi, gözlərin sulanması, bərəlməsi, boyunun ön səthində nəzərə çarpan şişkinlik
  5. Ağızda quruluq, susuzluq, maye qəbulunun artması, tez-tez sidiyəgetmə
  6. Halsızlıq, yorğunluq, yuxululuq, yaddaşın zəifləməsi, tez-tez baş ağrıları, əvvəlki baş ağrılarının xarakterinin dəyişməsi
  7. Görmə qabiliyyətinin kəskin zəifləməsi
  8. Menstrual tsiklin pozulması, süd vəzilərindən ifrazatı, sonsuzluq, uşaqsalma halları
  9. Saç tökülməsi, tüklənmə, üzdə davamlı sızanaqlar
  10. Həmçinin, yaxın qohumlarında qalxanvari vəzinin xəstəlikləri və ya şəkərli diabet aşkar olunan şəxslərə, eləcə də hamiləliyi planlaşdıran və ya hamiləliyin erkən dövründə olan qadınlarda endokrinoloqun konsultasiyası tövsiyyə olunur.

Şikayət olmasa belə, 35 yaşdan sonra qalxanvari vəzi mütamadi olaraq yoxlamaq və ildə 1 dəfə qanda şəkərin miqdarını təyin etmək vacibdir. Həmçinin, menopauza dövründə olan qadınlara və yaşı 55-i keçən kişilərə osteoporoza meyllilik müayinəsindən keçmək məsləhət görülür.

Ambulator şəraitində aşağıdakı müayinələr aparılmalıdır:

  1. Kompleks endokrinolojı müayinə
  2. Şəkərli diabetin inkişafına gətirən vəziyyətlərin korreksiyası
  3. 1 və 2-ci tip şəkərli diabet xəstələrin müalicəsi, diabet fəsadlarının müayinə və müalicəsi
  4. Qalxanvari, böyrəküstü, paratoid və hipofiz, vəzlərinin müayinə və müalicəsi
Günel Musayeva

Günel Musayeva

Endokrinoloq
Səbinə Melikova

Səbinə Melikova

Endokrinoloq
Xatirə Almazova

Xatirə Almazova

Endokrinoloq - dietoloq
Gülnarə İsgəndərli

Gülnarə İsgəndərli

Endokrinoloq