Ginekologiya

Hayat Clinic mərkəzinin ginekologiya şöbəsində beynəlxalq protokollara əsaslanaraq aparıcı mütəxəssislər tərəfindən ginekoloji xidmətlər göstərilir.
Ginekoloji ultrasəs müayinəsi
Ultrasəs müayinəsi (USM) qadın xəstəlikləri sahəsinin əvəzedilməz bir müayinə üsuludur. Çox müxtəlif istifadə sahələri vardır. Həm abdominal (qarından) həm transvaginal (uşaqlıq yolu ilə) edilən ultrasəs tez-tez  istifadə edilir.
Abdominal ultrasəs müayinəsi. 
Vaginal yol uyğun olmadıqda yalnız transabdominal ultrasəs tətbiq olunur. Bunun üçün xəstənin sidik kisəsi dolu olması lazımdır. Dolu sidik kisəsi akustik bir pəncərə kimi uşaqlıqın və yumurtalıqların daha dəqiq görülməsini təmin edir.
Transvaginal ultrasəs müayinəsi.Transvaginal ultrasəs müayinəsində qadından sidik kisənin tamamilə boşaldılması tələb olunur. Uşaqlıq yolundan kiçik çanaq orqanları daha yaxın müayinə olunurlar və alınan görüntülər daha dəqiq olur. Yalnız çanaqda olan böyük kistalar vaginal ultrasəs müayinədə qeyri-kafi görünə bilər və bu vəziyyətdə xəstədə hər 2 üsulla ultrasəs müayinəsi edilə bilər.
Ginekoloji ultrasəs müayinəsi zamanı hansı məlumatları ala bilərsiniz?
Uşaqlıq və uşaqlıq boynu :
•    uşaqlıqın ölçüləri və quruluşu, strukturu həmcins olub olmadığı qiymətləndirilə bilər.
•    myomlar varsa ölçüləri və yerləşmələri təyin oluna bilər.
•    endometrium (uşaqlıqın boşluqunda olan selikli qişanın) qiymətləndirilə bilər, qalınlığı ölçülə, polip və polipa oxşar strukturlar varsa bunlar aşkar oluna bilər.
•    anadangəlmə olan uşaqlıqın anomaliyaları qiymətləndirilə bilər.
•    uşaqlıqin içərisindəki spirali müşahidə, mövqeyi qiymətləndirə.
•    uşaqlıqın boynunda olan Naboti kistalar və diger törəmələr görülə bilərlər.
Yumurtalıqlarla:
•    yumurtalıqların ölçüləri və quruluşu qiymətləndirilə bilər
•    yumurtalıqlarda olan kistlerin və törəmələrin ölçüsü, strukturları, içlərini dolduran maye və qatı hissələrin xüsusiyyətləri qiymətləndirilə bilər.
•    doppler ultrasəs ilə yumurtalıqlardakı kistaların qanla təzhizatı, xoşxassəli və ya bədxassəli olduğu müəyyən edilə  bilər.
•    sonsuzluq olan xəstələrdə ovulyasiya zamanının yaxınlaşdığı qiymətləndirilə bilər.
Uşaqlıq boruları :
•    boru hamiləliyin diagnostikasında xüsusilə transvaginal ultrasəs müayinəsi çox qiymətlidir.
•    hidrosalpinks (boruların maye ilə dolmuş olması) varlığı müəyyən oluna bilər.
•    piyosalpinks (boruların irin ilə dolu olması) varlığı müəyyən oluna bilər.
Çanaq:
•    çanaqda,yəni qarının uşaqlıq və yumurtalıqların olduğu alt hissəsində olan maye və törəmələr ultrasəs müayinəsi zamanı görülə bilərlər.
•    çanaqda olan orqanlardan (uşaqlıq, yumurtalıqlar, bağırsaqlar, borular, sidik kisəsi) inkişaf edən törəmələr izlənilə bilər.
 

Afa Kərimova

Afa Kərimova

Mama-Ginekoloq
Vüsalə Eyvazova

Vüsalə Eyvazova

Ginekoloq