Kardiologiya

Kardiologiya

Kardiologiya – insan ürəyinin və damarlarının quruluşu, funksiyaları və xəstəliklərini öyrənən tibb sahəsidir. Tibbin bu sahəsi ürək-damar sistemi zədələnmələrinin diaqnostikası, müalicəsi və profilaktikasını özündə əks etdirir. Ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəbidir. Kardioloji xəstəliklər həyat keyfiyyətini aşağı salır, dərman qəbulu və cərrahi müdaxilələrə göstəriş yaradır; son illər daha cavan yaşlarda rast gəlinir. Ürək-damar xəstəliklərinə gətirib çıxaran əsas faktorları iki qrupa ayırmaq olar: Kontrol olunan və olunmayan.

Birinci qrupa cinsiyyət (50 yaşa qədər əsasən kişilər), yaş, irsiyyət, yanaşı xəstəliklər aiddir.İkinci qrupa isə siqaret çəkmə, dislipidemiya, arterial hipertoniya, şəkərli diabet, artıq bədən çəkisi (piylənmə), hərəkətsizlik (hipodinamiya),  stres faktorları aiddir. Bu səbəblərdən hər biri ciddi ürək patologiyası ilə nəticələnə bilər. Ən təhlükəlisi də odur ki, bu proses illər ərzində səssiz, simptomsuz, gizli gedir və artıq ürək zədələnməsi formalaşdıqda özünü büruzə verir. Kardioloji xəstəliklərin qarşısını almaq, mövcud patologiyanı erkən aşkar edib müalicəsinə başlamaq və profilaktik metodları tətbiq etmək üçün müntəzəm olaraq həkim müayinəsindən keçmək vacibdir.

Ürək-damar xəstəliklərinin obyektiv müayinədən(xəstəliyin hekayəsindən, pasiyentin şikayətlərinin xarakter və intensivliyinin öyrənilməsindən) və ümumi baxışdan (pasiyentin bədən quruluşu, ürək xəstəliklərinin verə biləcəyi vizual simptomlar, ödemlər və s.) başlayır.

 Pasiyentin ağciyərlərinin, ürəyinin və iri damarlarının auskultasiyası aparılır, nəbzi və arterial təzyiqi ölçülür. Ürəyin qeyri-invaziv instrumental müayinəsinə elektrokardioqrafiya, exokardioqrafiya, Tredmil-test (fiziki yük sınağı) və Holter müayinəsi (sutkalıq elektrokardioqrafiya)  və Veloerqometriya aiddir. Bu müayinələr aritmiyaları, hipertoniya xəstəliyini, ürəyin işemik xəstəliyini, ürək qüsurlarını, ürəyin infeksion xəstəliklərini aşkar etməyə imkan verir. Ətraflı məlumat üçün qanın laborator müayinəsi əhəmiyyətlidir. Lazım olduqda ürəyin invaziv müayinə üsulları aparılır.

Həcər Məmmədova

Həcər Məmmədova

Kardio-Revmatoloq
Günay Novruzova

Günay Novruzova

Kardioloq