Qastroenterologiya

Qastroenterologiya

Qastroenterologiya  –  tibbin mədə-bağırsaq siteminin xəstəliklərinin (qida borusu, mədə, on iki barmaq bağırsaq, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, nazik və yoğun bağırsaq) diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir

HAYAT CLİNİC tibb mərkəzi mədə-bağırsaq yolları, qaraciyər, öd yolları, mədəaltı vəzi, infeksion xəstəliklər, maddələr mübadiləsi pozğunluğu kimi xəstəliklərin müalicə və diaqnostikası üzrə ixtisaslaşmış həkim heyətinə malikdir. Müayinələr həmçinin,  mədənin boşaldılmasında çətinlik və nəcis saxlamamaq kimi funksional pozğunluqların diaqnostikasında da peşəkar səviyyədə həyata keçirilir.

Həkim-qastroenteroloqa müraciətin səbəbləri

  1. Tez-tez mədə, qabırğaaltı, bağırsaq nahiyələrində ağrılar;
  2. Qida qəbulundan sonrakı yanma hissi;
  3. Qida qəbulundan əvvəl və ya sonra ürəkbulanma, ağırlıq, köp, mədədə ağrı hissləri;
  4. Tez-tez bağırsaq motorikası pozğunluğu;
  5. Qeyri-infeksion xarakterli dəri qızartıları, dərinin, saçların və dırnaqların vəziyyətinin səbəbsiz pisləşməsi;
  6. Qusma, nəcisin rənginin dəyişməsi – dərhal həkimə müraciətə göstərişdir


Diaqnostika


Qastroskopiya (ezofaqoqastroduodenoskopiya) – üst mədə-bağırsaq yollarının müayinəsidir. Endoskopik müayinə 10 dəqiqəlik sedasiya ilə də aparıla bilər.Qastroskopiyaya göstəriş – mədənin hər hansı bir xəstəliyi: xora xəstəliyi, xroniki qastrit, polip, mədə  şişləri, mədə patologiyası simptomları və s.

Kolonoskopiya – yoğun bağırsağın selikli qişasının vizual müayinəsidir.Endoskopik müayinə 10 dəqiqəlik sedasiya altında aparılır.Kolonoskopiyaya göstəriş – ilk növbədə şiş xəstəlikləri olmaqla hər hansı bir yoğun bağırsaq xəstəliyinə şübhə, yoğun bağırsağın iltihabı xəstəlikləri, xüsusilə xoralı kolit və Kron xəstəliyi və s.
Hansı hallarda kolonoskopiya elətdirmək lazımdır?

  1. Qarında, anal nahiyədə, aralıq nahiyəsində ağrılar zamanı
  2. Nəcisdə qan izləri, qanaxma və anemiya zamanı
  3. Anal nahiyədən selik və irin axıntısı zamanı
  4. Anal nahiyədə göynəmə
  5. Qəbizlik və ishal zamanı
  6. Qarında güclü köp zamanı
  7. Aldadıcı bağırsaq boşaldılması istəyi zamanı
  8. Nəcisi saxlamamaq sindromu zamanı
  9. 50 yaşdan yuxarı insanlara profilaktika üçün
Gülarə Məmmədova

Gülarə Məmmədova

Qastroenteroloq-terapevt
Ülvi İbrahimov

Ülvi İbrahimov

Qastroenteroloq - terapevt - hepatoloq