Urologiya – kişi və qadın sidik-cinsiyyət sistemində mövcud olan xəstəliklərin etiologiya, patogenezi, diaqnostikası və müalicəsi ilə məşğul olan tibbin bir sahəsidir. Urologiyanın aşağıdakı bölmələri var:
Andrologiya- kişi cinsiyyət orqanlarının inkişafı və bu orqanlarda infeksiyaların törətdiyi xəstəliklərlə məşğul olur. Bu xəstəliklərə, anadangəlmə problemlər(uşaqlarda fimoz), iltihabi proseslər(prostatit, uretrit, sistit) və törəmələr aiddir.
Uroginekologiya- uroloji və ginekoloji xəstəliklərin bir-biri ilə əlaqəsini öyrənir.
Uşaq urologiyası - uşaqların sidik-cinsiyyət orqanlarının inkişafı və bu orqanlarda olan xəstəliklərlə məşğul olur.
Qeriatrik urologiya - ahıl yaşda olan insanların sidik cinsiyyət orqanlarında potologiyaların diaqnostika və müalicəsi ilə məşğulolur.
HAYAT Clinic Tibb Mərkəzində aşağıdakı uroloji-androlji xəstəliklərin müalicəsi mövcuddur: