Birincili hiperparatiroidizm

Birincili hiperparatiroidizm

Birincili hiperpaptiroidizm artıq, günümüzdə tez- tez rast gəlinən endokrin xəstəliklər arasında yer almaqdadır.Qadınlarda kişilərə görə, xüsusilə də postmenopauzal dövrdə 2-3 qat daha çox rast gəlinir.Xəstəliyin klinik əlamətləri-əzələ zəifliyi, qəbizlik,dispepsiya, polidipsiya, böyrək daşı,poliuriya və s kimi spesifik olmayan əlamətlərdir.Bu əlamətlər adətən qan serumunda kalsiymun səviyyəsi 12mg/dl dən yuxarı olmayana qədər özünü biruzə vermir.Xəstəliyin diaqnozu qanda PTH səviyyəsinin kalsiyum səviyyəsinə görə uygun olmayan yüksək olmasıdır.
Birincili hiperpaptiroidizm 80-90 faiz hallarda tək adenom şəklində rast gəlinir, və bu adenomu aşkar etməkdə ultrason müayinəsi köməyimizə gəlir.Paratiroid vəzi 4 ədəd olmaqla qalxanvari vəzin ətrafında yerləşir.Adenom bu 4 vəzdən hər hansı birində aşkarlana bilər.