Check Up

Qəbula yazılmaq

Müasir dünyada sağlamlıq hər bir insanın uğurunun və əmin-amanlığının ayrılmaz hissəsidir. Lakin hər kəs özünə sual verə bilər, görəsən o, nə dərəcədə öz sağlamlığının qeydinə qalır, öz orqanizminə qarşı nə dərəcədə diqqətlidir?

Hazırda rahatlıqla demək olar ki, həkimlərə kömək üçün müraciət etmək məqsədi ilə tibb müəssisələrinə getmək bir işgəncə hesab edilir – bu, ölkəmizin əhalisi arasında müəyyən stereotipdir. İnsanları ən çox qorxuzan iynə, vaxt, pul itkisi və ən əsası həkimlərin səriştəsizliyidir. Nəticədə biz bilavasitə müəyyən problemlə üz-üzə gəldikdən sonra həkimin qəbuluna gedirik, bu zaman artıq nəyi isə dəyişmək üçün çoxlu vaxt, səy, hövsələ və təbii ki, vasitələr lazım olur.

Bu arada, qərb təbabətində ingilis dilinə tərcümədə “yoxlama”, “baxış” mənası verən “çek-ap” (check-up) kimi anlayışa çox rast gəlinir. Bu söz səhhətin profilaktik müayinəsi mənasında istifadə edilir. “Check-up” anlayışı bu gün Azərbaycan tibbinə də uğurla daxil olub. Amma təəssüf ki, o, bizdə Avropa ölkələrində olduğu kimi populyar deyil. Bu fakt böyük təəssüf doğurur, çünki ilk növbədə biz öz səhhətimizə fikir verməliyik.

Həkimlər bildirirlər ki, insanın hətta heç bir şikayəti olmasa belə o, öz səhhətini yoxlamalı, yəni vaxtaşırı tam müayinədən keçməlidir. Profilaktika xəstəliklərin inkişafının erkən mərhələsində onların qarşısının alınması üzrə vaxtında tədbirlər görməyə imkan verir. Elə check-up da bunun üçündür.

Check-up – qısa müddət ərzində orqanizmin tam tibbi müayinəsindən keçmək, patologiyanın yaranması riskini aşkarlamaq və xəstəliyin qarşısını almaq üçün həyat tərzini düzəltmək imkanıdır. Bundan başqa, bu, artıq mövcud olan xəstəlikləri, xəstəlik orqanı məhv edənədək ortaya çıxarmaq və bunun qarşısını alan tədbirlər görməkdir.

Müayinələrin nəticələrinin hazırlanması 2 günədək davam edə bilər. Bütün laborator və instrumental testlərin nəticələri hazır olduqdan sonra həkim-terapevt təyinat və məsləhətlər siyahısını tərtib edərək, onu sizin elektron ünvanınıza göndərəcək. Bundan başqa siz nəticələrin kağız versiyasını bizim klinikamızdan ala biləcəksiniz.

Ümumiyyətlə, HAYAT CLINIC Tibb Mərkəzində pasiyentin cinsi, yaşı və mümkün şikayətləri nəzərə alınaraq, 20 check-up proqram hazırlanıb.

Əsas bunu yadda saxlamaq lazımdır ki, “Bədəniniz sizin dostunuzdur. Onunla düşman kimi davranmayın.” (Erik Bern)