Cobas C 311 biokimyəvi analizatoru

”Cobas C 311″biokimyəvi analizatoru-Roche Cobas C 311 avadanlığında geniş spektrdə qanın biokimyəvi analizini təhlil etmək mümkündür.

Tam avtomatlaşdırılmış sistem reagentlərinin geniş menyusuna malik olan Cobas C 311 p biokimyəvi analizatorunda nəinki fermentlərin,substratların,spesifik zülalların ,çox vaxt aparan müayinələrin , həmçinin xüsusi testlərin aparılması və reagent nümunələrinin universal kassetlərə yüklənməsi mümkündür.

Cobas C 311 analizatorunun təkrarolunmaz elektron sistemi reagent nümunələrinin universal kassetlərinin xüsusi elektron ştrixlər vasitəsi ilə kodlaşdırılmasını təmin edir və reagentlərin hazırlanmasında operatorun iştirakını tələb etmir.Xüsusi soyuducu sistemə malik olub reagentləri 90 gün ərzində saxlayır.