İstifadə müddəti: 1 il.
Endirim faizi: 20%
Medical Card Referans Medical Group ilə korporativ əməkdaşlıq müqaviləsi olan şirkətlərin əməkdaşlarına məxsus “Tibbi tarixçə” kartıdır.
Üstünlükləri:
- Kart sahibinə ildə bir dəfə ödənişsiz Check up təklif olunur.
- Bakı və Abşeron rayonu üzrə 5 Ünvanda Tibbi Xidmət və 5 Təcili Tibbi Yardım çağırışları (ödənişsiz çağırış haqqı).
Check-upa daxildir:
- Terapevt qəbulu,
- Pediatr qəbulu,
- Qanın ümumi analizi,
- Abdominal USM,
- EKQ-EXO-KQ,
- Ağciyərlərin rentgenoqrafiyası.
İstifadə qaydaları və şərtlər:
- Kart fərdi olduğu üçün başqa şəxs tərəfindən istifadə edilə bilməz, əks halda kart ləğv olunur və məxsus olduğu şəxsə bir daha tibbi kart təqdim olunmur.
- Kart əsasında təqdim olunan ENDİRİM Referans Medical Group-a daxil olan bütün müəssisələrdə keçərlidir.
- Kart əsasında təqdim olunan Check up müayinə yalnız əməkdaşın fəaliyyət göstərdiyi şirkətin korporativ müqaviləsi olan klinikada keçərlidir.
- Kart pasiyentə təqdim olunan gündən etibarən aktiv hesab edilir.
- Karta daxil olan Check up müayinə və endirimlər bir il ərzində aktivdir. Növbəti ildə xidmətlər yenilənir.
- Kartın aktivləşdirilməsi üçün kart sahibi şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.
- Bərpa edilən yeni kartda kart pasiyentin daha öncə keçdiyi bütün müayinələrin tibbi tarixçəsi əks olunur.


