COVID-19-un qarşısını alan anticisimlər aşkarlandı

COVID-19-un qarşısını alan anticisimlər aşkarlandı

Anticisimlər əsasında dərmanın peyvənddən daha tez yaradıla biləcəyi də bildirilir. Belə ki, anticisimlər dərman şəklində kütləvi istehsal oluna bilər.

Alimlər COVID-19 virusuna yoluxmanın qarşısını ala bildiyi düşünülən anticisimlər aşkarlayıblar.

Sputnik Azərbaycan Nyu-Yorkun Kolumbiya Universitetinin nəzdindəki Tibb Mərkəzinin (CUIMC) saytına istinadən xəbər verir ki, xəstənin ilk vaxtlarda vəziyyətini də yaxşılaşdıra bilən həmin anticisimləri koronavirusun ağır formasını uzun müddət ərzində keçirmiş şəxslərin immun sistemi əmələ gətirib.

Həmin anticisimlərin nə qədər təsirli və səmərəli olması heyvanlar üzərində aparılan sınaqlar zamanı sübut olunub.

Anticisimlər əsasında dərmanın peyvənddən daha tez yaradıla biləcəyi də bildirilir. Belə ki, anticisimlər dərman şəklində kütləvi istehsal oluna bilər.