DAVİD Spine concept

DAVİD Spine concept

Bel ağrısı  – böyük şəhərlərin hər sakini tez-tez rastlaşdığı haldır. Biz çox vaxt sükan arxasında,  kompüter qarşısında keçirərək az hərəkət edirik və bədən tərbiyəsinə vaxt ayırmırıq. Bugünkü problem isə bel ağrıları “epidemiyası”. Təəccüblənməyə dəyməz, çünki müasir həyat tərzi, ofis işi, kompüterləşdirmə, ən yaxşı dostlarımız televizor və divan olduqda və mükəmməl fiziki yükün olmaması onurğaya pis təsir edir. Bu səbəbdən  skolioz, qamətin pozulması, belin bərk bükülməsi, lümbaqo, radikulit, bel əzələlərinin yüksək yorulması kimi və bir sıra digər daxili xəstəliklər əmələ gəlir. Nəticədə səhv duruş və bəzi fəqərələrin düzgün işləməməsi ucbatından bronxial təngnəfəslik, xora, hipertoniya, ürək ahənginin pozulması, baş ağrıları,  radikulit, nevralgiya, məyusluq və tez yorulma kimi xəstəliklər əmələ gəlir. Bu kifayət qədər ciddi səbəblər onurğamız vəziyyəti haqqında düşünmək və məşğələlərə başlamaq üçün bir amildir. Lakin idmanla müntəzəm məşğul olan insanlar belə bel ağrısından əziyyət çəkir və onurğa ilə bağlı müxtəlif problemlərlə rastlaşırlar. Adətən ağrılar onurğanın boyun və yaxud bel qurşağı hissələrində əmələ gəlir. Bu ona görədir ki, adi trenajorlar yükü bel əzələlərinə qeyri-bərabər bölüşdürür və onurğanı saxlayan dərin əzələlərə heç təsir göstərmiri. Buna görə də zamanla insanda fəqərəarası dəbbəliklər və yırtıqları formalaşır. Sadəlöhv fikirdir ki,  bel ağrılarımızı müalicə etməyə yalnız ovucular və sınıqçılar kömək edə bilərlər, halbuki yeganə yol odur ki, onurğa və qarın əzələlərinin möhkəmləndirilməsi gerçək və uzunmüddətli təsir göstərə bilər.

Yuxarıda sadaladıqlarımızın qarşısını almaq və uzunmüddətli təsiri əldə etmək üçün alman alimləri tərəfindən DAVİD adlanan müalicə trenajorlarının xüsusi kompleksi hazırlanmışdır.

«DAVİD» – onurğanın hər hissəsi işlənməsi üçün hazırlanmış xüsusi trenajorların kompleksidir. Bu kompekslə yanaşı diaqnostika (dərin xırda əzələlərin gücü və onurğa hissələrinin çevikliyi ölcülür) köməkedici kompüter proqramı ilə təmin olunur. Analizin nəticələri onurğanın zəif yerlərini dəqiq göstərir və məşq edənlər üçün ibtidai yükü müəyyənləşdirib tam bərpa proqramı təyin etməyə kömək edir.  DAVİD texnologiyası təsirinin istiqaməti fəqərələrin təsbitini təmin edən və gərginlik hallarında (yükün qaldırılması, kəskin tormozlanma, gövdənin çevrilməsi, sükan və masa arxasında uzun müddət oturma) maksimal yükə dözən  onurğanın dərin xırda əzələlərinə aiddir.   Xüsusi proqram üzərində tərtib olunan DAVİD trenajorlarında məşqlər əzələ tənasübsüzlükləri aradan qaldırır və əzələlərin gücünü və işləmə qabiliyyətini çoxaldır və bu gərginlik yükləri hallarında “davamlılıq ehtiyatı”dır.

SINAQDAN KEÇİRMƏ VƏ proqramların seçilməsi

Əvvəlcə onurğa və oynaqların mütləq kömpüter sınağı keçirilir.

Nəticələr sınaq məlumatı və xəstələrin müalicə protokolları toplayan və emal edən serverdə qiymətləndirilir.

Proqram Sizin göstəricilərin normadan yayınmasını əks etdirən onurğanın (oynaqların) profilini tərtib edəcək. Məlumatınızı saxlamaq məqsədi ilə Siziin plastik vərəqəniz açılacaq. Bərpa məşqləri fərdi olaraq sınaq nəticələri əsasında kompüter proqramı vasitəsi ilə tərtib olunur.
Onlar peşəkar bərpa trenajorlarında mütəxəssis rəhbərliyi altında edilən məşğələləri daxil edirlər.

Yüklər elə hesablanır ki, Siz ağrılar əmələ gəlmədən təhlükəsizlik və yüksək səmərəlilik təmin olunasınız.
Hədəf əzələlərin rahatlanması üçün məşğələlər əlavə olaraq edilir.
Kursun axırında sınaq keçiriləcək. Onda Siz öz nailiyyətlərinizi görüb qiymətləndirə biləcəksiniz.  Və əsas onları hiss edəcəksiniz!
Bərpa proqramı tamamladıqda Sizin mərkəzdə saxlama (profilaktik) məqsədi ilə məşq etməyə imkanınız olacaq.
Həftədə 1 dəfə 20-30 dəqiqəlik məşq tövsiyə olunur.

Bu nail edilmiş nəticələrin uzun müddət saxlanmasını təmin edəcək.

Bel üçün trenajorlar hansı hallarda zəruridir?

  • Onurğa osteoxondrozu və osteoporozu.
  • Spondiloartroz, diskin yırtığı, spondilyoz
  • Onurğanıın boyun hissəsininın qeyri-sabitliyi
  • Bel üçün trenajorlardan zədələnməsindən sonra bərpa vasitəsi kimi istifadə olunur
  • Qamətin pozulması və skolioz.
  • Miqren və gərginlik baş ağrısı
  • Onurğa nahiyəsində aparılmış əməliyyatlardan sonrakı bərpa
  • Müzmin ağrı sindromlarının aradan qaldırılması.

Bizim David Back Concept trenajorlarıın növlərimiz:

F110
Bel qurşağı-sinənin açılması trenajoru

Məşqin əsnasında onurğanın sinə və bel qurşağı hissələrində  dartılma əmələ gəlir. Bu məşğələlərin bel xəstəliklərinin müalicəsində olan səmərəliliyi omba hissəsini təsbit edən xüsusi patentləşdirilmiş və xəstəxana şəraitində sınaqdan keçirilmiş mexanizm sayəsində əldə edilir. İstehsalçı məşqlər əsnasında olan xüsusi rahatlığı təmin edilməsinin qeydinə qalıb. Burada rahat oturacaq, dizlərin təsbitedicisi, qabarıq söykənəcək, ayaqlar üçün altlıq quraşdırılıb.

 

F130
Bel qurşağı-sinənin qatlanması

DAVİD trenajorlarının konsepsiyası əyilmə məşğələləri də daxil edir. Rahat mexanizm gövdənin omba hissəsini təsbit etməyə imkan verir və əyri söykənəcək bel qurşağı hissəsinə düşən yükü istisna edir. Hərləkətlərin amplitudası tənzimlənə bilər. Məşqlərin əsnasında qarın əzələləri gücəndirilir və onurğanın bel hissəsinə səmərəli təsir göstərilir.

 

F120
Bel qurşağı-sinənin firlanması üçün trenajor

Onun vasitəsi ilə belə düşən yükü diqqətlə bölüşdürmək olar. Gövdənin aşaği hissəsi yuxarı hissəsinə nisbətən fırlandırıcı hərəkətlər əməl edir. Xəstənin çeviklikliyi xususiyyətlərindən asılı olaraq hərəkətlər çox səlis ola bilər və bu amil onurğa hərəkətlərinə tam nəzarəti təmin edir. Bu DAVİD trenajorunda işlədikdə döş qəfəsinin və habelə bel qurşağı hissəsinin dairəvi əzələləri fəallaşır.

F140
Yan əymə və açılması

Peysər hissəsi və boyunu məşq etdirmək üçün F140 trenajoru mükəmməl olaraq yarayır. Burada olan yükün bölüşdürülməsi son dərəcədə tənasübdür. Əks-təsir məşq edənin hazırlıq səviyyəsindən asılı olaraq dəyişdirilə bilər. Zədələnmə və yaxud belin artıq yüklənməsi təhlükəsi minimuma endirilib. Aparatda onurğanın boyun hissəsinin çeviklikliyi müəyyənləşdirilməsi üçün xüsusi analizator quraşdırılıb.

 

 

F150
Bel qurşağı-sinənin yan qatlanması

F150 bel trenajorları onurğanın sinə və bel qurşağı hissələrinin ümumi çeviklikliyi, əzələ gücü və  lokal imkanlarını müəyyənləşdirilməsi üçün mükəmməldir. Prosedur əsnasında bədənin yuxarı hissəsi və çiyin qurşağı möhkəmcə təsbit olunur. Hərəkət iki istiqamətdə edilir. Bu çevik yan əzələləri fəallaşdırır.

F200 
Diz oynaqlarının açılması

 

F300 
Diz oynaqlarının qatlanması

İstifadəyə göstərişlər:
– osteoartroz (diz və omba oynaqlarının),
– ağırlaşan anadangəlmə diz qapağının çıxığı (diz qapağının qeyri-sabitliyi),
– medial kollateral bəndin zədələnməsi,
– Dizüstü-bud (patello-femoral) ağrısı sindromu,
– Meniskin zədələnməsi (o cümlədən qırılma),
– ön xaçvari bəndin zədələnməsi (o cümlədən qırılma),
– zədələnmiş oynaqların endoprotezləşdirmə və rekonstruktiv əməliyyatlardan sonrakı ibtidai bərpası

Nəticələr:
– yerişin patoloji stereotipinin dəyişməsi,
– oynaqların biomexanikasının bərpası,
– vətər-əzələ korsetinin gücləndirilməsi,
– ağrı sindromunun aradan qaldırılması və ağrıkəsici dərmanların miqdarının xeyli azalması..

 

 

 

 

 

 

 

 

 

F260

Omba əzələlərinin işlənməsi üçün trenajor. Onun vasitəsi ilə orta və yekə omba əzələləri məşq etdirilir.  Burada gövdənin aşağı hissəsi təsbit olunub da və hərəkətlərin amplitudası və əzələlərin gücü müvafiq proqrama əsasən tənzimlənir. .

F210

Aşağı və yuxarı bədən üzvlərinin işlənməsi üçün trenajor.

Bir neçə hissədən ibarət olan hazirki trenajor əzələlərin müxtəlif qruplarının məşq etdirilməsinə imkan yaradır.