Evlilik öncəsi lazım olan müayinələr

Evlilik öncəsi lazım olan müayinələr

Ailə – cəmiyyətin təməlidir. Sağlam nəsilləri yetişdirmək üçün sevgi, hörmət, sədaqət və güvən mühitinin təsis edildiyi bir təşkilatdır. Ailə nə qədər möhkəm və sağlam təməllərə oturursa, o ailədən meydana gələn cəmiyyət da nisbətən möhkəm və sağlam olur. Sağlamlığın əhəmiyyətli bir hissəsi də reproduktiv sağlığıdır. Evlilik əvvəli edilən müayinələr evlənəcək cütlərin sağlamlıq vəziyyətləri və irsi xəstəlikləri mövzusunda məlumatlanma cəhətdən əhəmiyyətlidir. Azərbaycanda qohum evliliklərinin çox olmasına gorə, evlilik əvvəli müayinə xəstə uşaq anadan olmamasının baxımından da əhəmiyyətdir. Ayrıca ciddi bir təhdid olan cinsi yolla keçən xəstəliklərin evlilik əvvəli bilinməsi baxımından da faydalıdır.
Evliliklə əlaqədar sağlamlıq riskləri:
1. İnfeksion xəstəlikləri: cinsi yolla ötürülən xəstəliklər (xlamidioz, süzənək, HİV/AİDS, sifilis), Hepatit B, Hepatit C, vərəm və s.
2. İrsi (genetic) xəstəliklər: xromosom anomaliyaları, hemoglobinopatiler, talasemiya, metabolik xəstəliklər və s.
3. Qan (rezus) uygunsuzluğu.
4. Psixiatrik xəstəliklər
Məsləhət edilən müayinələr: qan qrupu (ana ilə ata arasında ola biləcək qan uygunsuzluğu təyin etmək üçün aparılır), hepatitlər (Hbs Ag, Anti Hbs), AIDS cəhətdən (Anti HIV), Sifilis cəhətdən (kart-test).
Qan uygunsuzluğu qan qrupu ilə deyil, qanda ki Rh faktoru ilə əlaqədardır. Yalnız qadının Rh mənfi, kişinin isə Rh müsbət olduğu vəziyyətlərdə meydana gələ bilər.
Müayinələrdən sonra lazımlı müalicə tələb oluna bilər.
Hər insan evlenirken ailə sağlamlığı barede məsuliyyət daşıyır. Evlilik önce müayinə yoluxma riskləri azaldır, sağlam uşaq olmasına və doğum üçün lazım olan şərait yaratmaq imkan verir. Tibbi müayinə tətbiqi – gələcək nəsillərin sağlamlığının qayğısına doğru böyük bir addım.