Neurology

Nevrologiya  bölümü  mərkəzi  və  periferik  sinir  sisteminin  müxtəlif  tipli  kəskin  və  xroniki  gedişatlı  xəstəliklərinin  diaqnostika  və  müalicəsi  ilə  məşğuldur.Bütövlükdə  orqanizmin  ayrı-ayrı  orqanlarının  birgə  fəaliyyətini məhz  sinir  sistemi  təmin  edir.Bu səbəbdən sinir  sisteminin  sağlamlığı  çox  əhəmiyyətlidir..Belə  ki,sinir  sistemində  yaranmış  hər  hansı  dəyişiklik,xəstəlik  bütün  orqanizmin  sağlamlağına  ciddi  təsir  göstərir. Nevroloji  xəstəliklərin  müalicəsi  orqanizmdə  yaranmış  digər  xəstəliklərə  də  müsbət  təsir  edir. Nevroloji  xəstəliklərin  əksəriyyəti    xroniki  gedişata  malik  olduğu  üçün  vaxtında  bu  xəstəliklərin  aşkarlanması  CHEK-Up müayinə  ilə  mümkündür.

Nevroloji  xəstəliklər  zamanı  aşağıdakı  əlamətlər  müşahidə  edilə  bilər:

Müxtəlif  tipli  baş  ağrıları,baş  gicəllənmə,nitq  pozğunluğu, tənəffüs  və  udmanın  çətinləşməsi, görmə  və  eşitmənin  zəifləməsi,qulaqda  küyün  olması,əsəbilik,diqqətin  yayınması,yaddaşın  zəifləməsi,yuxunun  və  əhval-ruhiyyənin  pozulması, qıcolmalar: ətraflarda  keyimə  ,göynəmə,soyuqluq  hissi  ,qarışqa  gəzmə  hissi ,əzələlərdə  ağrı ,  dartılmalar, zəiflik,müvazinət  pozğunluğu,sidik  və  nəcis   ifrazının  pozulması.

Nevroloji  xəstəliklərin  dəqiq  diaqnostikası  üçün  kliniki  əlamətlərdən  əlavə  instrumental müayinələrə  də  ehtiyac  duyulur.

Elektro  ensefaloqrafiya(EEQ) -baş  beyinin  funksional  fəaliyyətinin  bioelelektrik  aktivliklərinin  qeydiyyatının  qeyri-invaziv  müayinə  üsuludur.

EEQ-  həssas  müayinə  olub, beyin   qabığının  və dərin  beyin  strukturlarının  fəaliyyətinin  ən  həssas  dəyişikliklərini  qeydə  almağa  imkan  verir.Bu  müayinə   baş beyində  millisaniyələr  ərzində  baş  verən   dəyişiklikləri  qeydə  almaq  imkanına  malikdir.

Elektroensefaloqramma  baş  beyinin  funksional  fəaliyyətinin  və  qıcıqlara  qarşı  olan  reaksiyalarının   kəmiyyət  və  keyfiyyət  baxımından  təhlilini  mümkün  edir.EEQ  müayinəsi  diaqnostika  və  müalicə  məqsədilə (xüsusən  epilepsiya  xəstəliyində), həmçinin baş  beyinin qavrama, yaddaş,  adaptasiya və s.  kimi fəaliyyətlərinin  öyrənilməsində  geniş  istifadə  edilir.

Standart(rutin)   EEQ  müayinəsi  20-30  dəqiqə  müddətində  davam  edir.19  ədəd  elektrod  Beynəlxalq  10-20  sistemi  üzrə  başın  üzərinə  yapışdırılır. Körpüvari,”qaşıq  tipli”  elektrodlardan  istifadə  edilə  bilər.Son  illərdə  artıq  elektrodların  hazır  yerlərinin  mövcud olduğu  xüsusi  papaqlardan  istifadə  edilməyə  başlanıb.Bu  papaqlar  müxtəlif  ölçüdə  olub,hər  pasiyentə  uyğun  olan  ölçüsü  seçilir.Bir  çox  hallarda  əlavə  olaraq  ürəyin  fəaliyyətini  izləmək  məqsədi  ilə  EKQ-qeydiyyat  elektrodalar  da  yerləşdirilir.

Müayinənin  əsas  hissəsində   pasiyent  rahatlanmış  oyanıqlıq  vəziyyətində  olur (pasiyent  ya  oturaraq,  ya  da  uzanaraq  gözlərini  yumur).Müayinənin  gedişatı  zamanı  müxtəlif  funksional  sınaqlar  icra  edilir:gözlərin  yumulub-açılması, müxtəlif  tezlikli  ritmiki  fotostimulyasiya (hər fotostimulyasiyada  5 saniyə  olmaqla  gözlər  yumulur,  ya da  açılır),hiperventilyasiya (3-5 dəqiqə  ərzində  dərindən,  tez-tez  nəfəsalma).

Müayinə  bitdikdən  sonra  həkim  EEQ-ni  təhlil  edib,nəticə  yazır.Təhlil  zamanı  əldə  edilən  ritmlərin  parametrləri  ölçülür,  yaşa  uyğunluğu  təyin  edilir   və  funksional  sınaqlar  zamanı  yaranan  dəyişikliklərə  diqqət  yetirilir.Patoloji  ritmlər  aşkar  olunduqda  onların   xüsusiyyətləri:ritmlərin  epileptiform  olması,daimi  və  ya  keçici  olması,  lokal  və  ya  yayılmış olması  ətraflı  təsvir  eilməlidirlər.

Əldə  edilən  nəticəyə  əsasən  həkim  təkrar  müayinə  və  ya  başqa  bir  müayinə  tövsiyyə  edə  bilər,məs: Video-EEQ  və  s.

Video-EEQ  monitorinq  müayinəsi  zamanı  uzun müddətli  EEQ  yazı  ilə  yanaşı  pasiyentin  hərəkət  və  davranış  aktivliklərinin  video  və  audio  çəkilişi  də  icra  olunur.

Elektroneyromioqrafiya-ENMQ
_________________________________

ENMQ –sinir sistemini funksional cəhətdən dəyərləndirməyə imkan
verən elektrik impulslarının rəqəmsal ölçülməsi metodudur.
Bu metodların tətbiqində 2 məqsəd vardır:
1.Sinirin zədələnmə nahiyyəsini,ağırlıq dərəcəsini dəqiqləşdirmək
və diaqnozu tam formalaşdırmaq.
2.Müalicənin tətbiqindən sonra baş verən dəyişiklikləri dəyərləndirmək.
Bu isə öz növbəsində bizə daha düzgün müalicə növünün seçilməsinə
imkan yaradır.

ENMQ-nin üsulları:
1.Elektroneyroqrafiya (ENQ)– səthi elektrodlar vasitəsilə sinir
impulslarının qeydə alınması.
2.Elektromioqrafiya (EMQ)– iynə elektrodla sinir-əzələ vahidinin yoxlanması.

ENQ üsulu ilə
– hissi və ya hərəki sinirlərin zədələnməsini
– miyelin qişa və ya aksonun zədələnməsini
– bir və ya bir neçə sinirin zədələnməsini(mono-,polinevropatiya)
– zədələnmənin lokalizasiyasını müəyyənləşdirmək olar.
ENQ aşağıdakı xəstəliklərdə tətbiq edilir:
– mono-,polineyropatiyalar
– radikulopatiyalar,pleksopatiyalar
– tunel sindromları(karpal tunel,kubital tunel,peroneal sinirin sıxılması)
– periferik sinir travmaları

EMQ üsulu
– periferik motoneyronun və ya periferik sinirin zədələnməsi
– denervasyon göstəricilərinin dəyərləndirilməsi
– əzələnin nə dərəcədə qorunub saxlandığını
– prosesin kəskin və ya xronikiliyini təsdiq edir.

Bu metoddan aşağdakı xəstəliklərin diaqnostikasında istifadə edilir:
– Miyopatiya,miyotonik distrofiyalar,polimiozit.
– Yan amiyotrofik skleroz,boyun miyelopatiyası,spinal amiyotrofiya
– Poliyomiyelit,post-polio sindromu
– Onurğa sütunu disk yırtığı,radikulopatiya
– Sinir travması

Elektro  ensefaloqrafiya(EEQ) -baş  beyinin  funksional  fəaliyyətinin  bioelelektrik  aktivliklərinin  qeydiyyatının  qeyri-invaziv  müayinə  üsuludur.

EEQ-  həssas  müayinə  olub, beyin   qabığının  və dərin  beyin  strukturlarının  fəaliyyətinin  ən  həssas  dəyişikliklərini  qeydə  almağa  imkan  verir.Bu  müayinə   baş beyində  millisaniyələr  ərzində  baş  verən   dəyişiklikləri  qeydə  almaq  imkanına  malikdir.

Elektroensefaloqramma  baş  beyinin  funksional  fəaliyyətinin  və  qıcıqlara  qarşı  olan  reaksiyalarının   kəmiyyət  və  keyfiyyət  baxımından  təhlilini  mümkün  edir.EEQ  müayinəsi  diaqnostika  və  müalicə  məqsədilə (xüsusən  epilepsiya  xəstəliyində), həmçinin baş  beyinin qavrama, yaddaş,  adaptasiya və s.  kimi fəaliyyətlərinin  öyrənilməsində  geniş  istifadə  edilir.

Standart(rutin)   EEQ  müayinəsi  20-30  dəqiqə  müddətində  davam  edir.19  ədəd  elektrod  Beynəlxalq  10-20  sistemi  üzrə  başın  üzərinə  yapışdırılır. Körpüvari,”qaşıq  tipli”  elektrodlardan  istifadə  edilə  bilər.Son  illərdə  artıq  elektrodların  hazır  yerlərinin  mövcud olduğu  xüsusi  papaqlardan  istifadə  edilməyə  başlanıb.Bu  papaqlar  müxtəlif  ölçüdə  olub,hər  pasiyentə  uyğun  olan  ölçüsü  seçilir.Bir  çox  hallarda  əlavə  olaraq  ürəyin  fəaliyyətini  izləmək  məqsədi  ilə  EKQ-qeydiyyat  elektrodalar  da  yerləşdirilir.

Müayinənin  əsas  hissəsində   pasiyent  rahatlanmış  oyanıqlıq  vəziyyətində  olur (pasiyent  ya  oturaraq,  ya  da  uzanaraq  gözlərini  yumur).Müayinənin  gedişatı  zamanı  müxtəlif  funksional  sınaqlar  icra  edilir:gözlərin  yumulub-açılması, müxtəlif  tezlikli  ritmiki  fotostimulyasiya (hər fotostimulyasiyada  5 saniyə  olmaqla  gözlər  yumulur,  ya da  açılır),hiperventilyasiya (3-5 dəqiqə  ərzində  dərindən,  tez-tez  nəfəsalma).

Müayinə  bitdikdən  sonra  həkim  EEQ-ni  təhlil  edib,nəticə  yazır.Təhlil  zamanı  əldə  edilən  ritmlərin  parametrləri  ölçülür,  yaşa  uyğunluğu  təyin  edilir   və  funksional  sınaqlar  zamanı  yaranan  dəyişikliklərə  diqqət  yetirilir.Patoloji  ritmlər  aşkar  olunduqda  onların   xüsusiyyətləri:ritmlərin  epileptiform  olması,daimi  və  ya  keçici  olması,  lokal  və  ya  yayılmış olması  ətraflı  təsvir  eilməlidirlər.

Əldə  edilən  nəticəyə  əsasən  həkim  təkrar  müayinə  və  ya  başqa  bir  müayinə  tövsiyyə  edə  bilər,məs: Video-EEQ  və  s.

Video-EEQ  monitorinq  müayinəsi  zamanı  uzun müddətli  EEQ  yazı  ilə  yanaşı  pasiyentin  hərəkət  və  davranış  aktivliklərinin  video  və  audio  çəkilişi  də  icra  olunur.

MRT Silent Scan-Maqnit-rezonans  tomoqrafiyası

Baş  beynin və onurğanın  müayinəsini  həyata  keçirən  üsuldur. Yeni  texnologiya  olan   Silent  Scan  MRT  cihazının  nevroloji  xəstələr  üçün  müəyyən  narahatlıq  yaradan  səsinin  səviyyəsini  maksimum  azltmağa  imkan  verir.