Təngnəfəslik

Təngnəfəslik və ya nəfəs darlığı insanın lazımi qədər nəfəs ala bilməmək hissinə deyilir. Əgər bu hal sizdə baş verirsə,mütləq bunun səbəbini araşdirmaq lazımdır.Başda ağcıyər olmaqla,ürək,həzm sistemi,böyrək xəstəlikləri,allergiya və piylənmə kimi faktorlar da nəfəs darlığı hiss etmənizə səbəb ola bilər.
Ağciyər xəstəliklərindən ən çox təngnəfəsliyə səbəb olanı – astmadır. Astma xəstəliyində nəfəs yolları bir neçə səbəb, əsas da allergiya səbəbindən daralır, insan nəfəsi alıb,verə bilmir,nəfəs darlığı hiss edir.Siqaret çəkənlərin xəstəliyi adlandırılan XOAX ( Xroniki Obstruktiv Ağciyər Xəstəliyi) də təngnəfəsliyə səbəb olur.Bu zaman ağciyər toxuması zədələnir,ağciyərin tutumu azalır,lazımi həcmdə hava daxil ola bilmir.Emfizemalı xəstələrdə isə hava daxil olsa da, havanın içindəki oksigen qan damarlarına lazımi qədər daşına bilmir və nəfəs darlığı hiss olunur.
Nəfəs darlığı – ürək damarlarının tutulması,bu damarların öz funksiyasını yerinə yetirməməsi,bu səbəbdən ürək əzələsinin yaxşı yığılmaması və ürək çatmamazlığı inkişaf etməsi zamanı əmələ gələn simptomdur.Bundan başqa bəzi qapaq xəstəliklərində və ürəyin digər xəstəlikləri səbəbindən ağciyər toxumasında maye toplanması da təngnəfəsliyə səbəb olur.
Təngnəfəsliyə səbəb olan digər xəstəliklər bunlardir:
Təngnəfəslik🖤 Qan azlığı zamanı da təngnəfəslik baş verir. Çünki anemiyada oksigeni daşiyan hemoglobinin səviyyəsi aşağı düşür.Bu səbəbdən toxumalar hipoksik, yəni oksigensiz qalır və nəfəs darlığı hiss olunur.
Təngnəfəslik🖤 Qalxanabənzər vəzi xəstəliklərindən – hipotireozda da insan nəfəs darlığı hiss edir. Tiroid hormonu duzğun çalışmadığından hipotireozda metabolizm zəifləyir, təngənəfəslik əmələ gəlir.
Təngnəfəslik🖤 Refluks da nəfəs darlığına səbəb ola bilər. Mədə turşusu nəfəs borusuna keçib ağcıyəri zədələyə bilər.
Təngnəfəslik🖤 Böyrək xəstəliklərində, əsasən sidik cövhəri yüksəkdirsə və ya böyrək yaxşı süzmürsə təngnəfəslik ortaya çıxa bilər.
Təngnəfəslik🖤 Yuxarı tənəffüs yollarının obstruksiyası varsa ,yəni burunla yaxşi nəfəs alıb verə bilmirsə,bu şikayət əmələ gələ bilər.
Təngnəfəslik🖤 Piylənmə və hamiləlik də təngnəfəsliyin səbəbləri arasında yer alır.Qarındakı basınc artdığı üçün nəfəs darlığı əmələ gəlir.
Təngnəfəslik🖤 Skolioz kimi döş qəfəsi deformasiyalarında, ağcıyərin həcmi pozulduğu üçün nəfəs darlığı əmələ gəlir.
Təngnəfəslik🖤 Psixoloji təngənəfəslik zamanı əslində insanda heç bir xəstəlik olmur. Emosional gərginlik yaşayan bu xəstələr daha çox nəfəs almaq istəyir, ala bilmir. Bu hal həyəcan, imtahan stressi, nəyi isə bacarmamaq hissi, uzgünlük kimi vəziyyətlərdə meydana gəlir.
Kardioloq Gunel Kerimova