Endokrin xəstəliklərin əlamətləri

Endokrin xəstəliklərin əlamətləri

Endokrin xəstəliklərin əlamətləri:
Artıq çəki və ya çəkinin normadan az olması, naməlum səbəbdən qısa müddət ərzində çəkinin artması və ya azalması
Boyun nahiyəsində sıxılma hissi, udqunmada və nəfəs almaqda çətinlik
Ürəkdöyünmə və ürək ritminin pozulması, əl titrəməsi, daxili titrəmə, həddindən artıq emosional həssaslıq, ağlağanlıq, qəbizlik, üzdə şişkinlik
Gözlərdə quruluq hissi, gözlərin sulanması, bərəlməsi, boyunun ön səthində nəzərə çarpan şişkinlik
Ağızda quruluq, susuzluq, maye qəbulunun artması, tez-tez sidiyəgetmə
Halsızlıq, yorğunluq, yuxululuq, yaddaşın zəifləməsi, tez-tez baş ağrıları, əvvəlki baş ağrılarının xarakterinin dəyişməsi
Görmə qabiliyyətinin kəskin zəifləməsi
Menstrual tsiklin pozulması, süd vəzilərindən ifrazat, sonsuzluq, uşaqsalma halları
Saç tökülməsi, tüklənmə, üzdə davamlı sızanaqlar
Həmçinin, yaxın qohumlarında qalxanvari vəzinin xəstəlikləri və ya şəkərli diabet aşkar olunan şəxslərə, eləcə də hamiləliyi planlaşdıran və ya hamiləliyin erkən dövründə olan qadınlarda endokrinoloqun konsultasiyası tövsiyyə olunur.
Şikayət olmasa belə, 35 yaşdan sonra qalxanvari vəzini mütamadi olaraq yoxlamaq və ildə 1 dəfə qanda şəkərin miqdarını təyin etmək vacibdir. Həmçinin, menopauza dövründə olan qadınlara və yaşı 55-i keçən kişilərə osteoporoza meyllilik müayinəsindən keçmək məsləhət görülür.