Endokrinologiya

Qəbula yazılmaq

Ətraf mühitin dəyişilməsi, stress və müxtəlif mənfi amillər endokrin vəzlərin fəaliyyətini tez-tez pozaraq şəkərli diabetin, qalxanvari vəzinin, yumurtalıqlarının və hipofizin müxtəlif xəstəliklərinin inkişafına gətirib çixara bilər. Endokrin xəstəliklər mürəkkəb və uzunmüddətli müalicə tələb etdiyindən onları mümkün olduğu qədər tez aşkar etmək, vaxtında qarşısını almaq və inkişafına yol verməmək mühüm əhəmiyyət kəsb edir.

Endokrin xəstəliklərin əlamətləri:

  • Artıq çəki və ya çəkinin normadan az olması, naməlum səbəbdən qısa müddət ərzində çəkinin artması və ya azalması
  • Boyun nahiyəsində sıxılma hissi, udqunmada və nəfəs almaqda çətinlik
  • Ürəkdöyünmə və ürək ritminin pozulması, əl titrəməsi, daxili titrəmə, həddindən artıq emosional həssaslıq, ağlağanlıq, qəbizlik, üzdə şişkinlik
  • Gözlərdə quruluq hissi, gözlərin sulanması, bərəlməsi, boyunun ön səthində nəzərə çarpan şişkinlik
  • Ağızda quruluq, susuzluq, maye qəbulunun artması, tez-tez sidiyəgetmə
  • Halsızlıq, yorğunluq, yuxululuq, yaddaşın zəifləməsi, tez-tez baş ağrıları, əvvəlki baş ağrılarının xarakterinin dəyişməsi
  • Görmə qabiliyyətinin kəskin zəifləməsi
  • Menstrual tsiklin pozulması, süd vəzilərindən ifrazat, sonsuzluq, uşaqsalma halları
  • Saç tökülməsi, tüklənmə, üzdə davamlı sızanaqlar

Həmçinin, yaxın qohumlarında qalxanvari vəzinin xəstəlikləri və ya şəkərli diabet aşkar olunan şəxslərə, eləcə də hamiləliyi planlaşdıran və ya hamiləliyin erkən dövründə olan qadınlarda endokrinoloqun konsultasiyası tövsiyyə olunur.

Şikayət olmasa belə, 35 yaşdan sonra qalxanvari vəzini mütamadi olaraq yoxlamaq və ildə 1 dəfə qanda şəkərin miqdarını təyin etmək vacibdir. Həmçinin, menopauza dövründə olan qadınlara və yaşı 55-i keçən kişilərə osteoporoza meyllilik müayinəsindən keçmək məsləhət görülür.

Ambulator şəraitində keçirilir:

  • Kompleks endokrinolojı müayinə
  • Şəkərli diabetin inkişafına gətirən vəziyyətlərin korreksiyası
  • 1 və 2-ci tip şəkərli diabet xəstələrin müalicəsi, diabet fəsadlarının müayinə və müalicəsi
  • Qalxanvari, böyrəküstü, paratiroid və hipofiz, vəzilərinin müayinə və müalicəsi