Exokardioqrafiya

  • Exokardioqrafiya
    • –  ürəyin ultrasəs dalğaları vasitəsilə quruluşunun, funksiyalarının öyrənilməsi və dəyərləndirilməsidir. Bu müayinə metodu ürəyin anadangəlmə və qazanılma qüsurlarını,kardiomiopatiyaları,çapıq toxumaları,tromb və şişləri aşkar etməyə imkan yaradır. Bir çox hallarda yeganə metod olaraq ürəkdə çox xəstəlikləri aşkar etməyə imkan yaradır.Bu müayinə zamanı rentgen şüaları istifadə olunmur, tam zərərsiz, ağrısız  bir metoddur, əlavə təsiri yoxdur.Uşaqlara və hamilə qadınlara  tətbiq oluna bilər. Ürəkdə hər hansı bir xəstəliyə şübhə olduqda, məsələn, ürəkdə küylərin eşidilməsi, ürəkdöyünmə,ürəyin işində fasilələr, huşun itməsi, başgicəllənmə,ürək nahiyəsində ağrı və diskomfort hissi, təngənəfəslik,fiziki yükə qarşı davamsızlıq, tez yorulma,EKQ-də dəyişiliklər və s. bu müayinəni aparmağa əsas verir. Exokardioqrafiya zamanı ürək qapaqcıqları, iri damarların  (aorta damarı, pulmonar arteriya) kəsikləri və  hərəkətləri ekranda görünür.Müayinə əsasən 15-20 dəqiqə çəkir. Nəticələr müayinəni aparan həkim tərəfindən dəyərləndirilir.

    Exokardioqrafiya nə üçün  aparılır:

    Ürək boşluqlarının həcmini və ölçüsünü bilmək üçün
    Ürək divarlarının qalınlığını  və  hərəkətlərini kontrol etmək üçün
    Ürək qapaq taylarının quruluş və funksiyalarının dəyərləndirmək üçün
    Zədələnmiş  qapaq funksiyalarını incələmək üçün
    Ürəyin funksiyalarını  dəyərləndirmək üçün
    Ürək əzələzinin zədələyən xəstəlikləri  (məsələn: kardiomiopatiyalar) aşkar etmək üçün
    Ürəyin içərisində olan tromb və şişləri aşkar etmək üçün
    Anadangəlmə ürək xəstəliklərini aşkar etmək və  ya bu səbəbdən aparılan  cərrahi müdaxilələri kontrol etmək üçün
    Miokard infarktindan sonra ürəyin funksiyalarını  dəyərləndirmək üçün
    Ürəyin ətrafinda maye toplandıqda ,  mayenın miqdarının , növünün dəyərləndirilməsi  və  ürəyin ətrafında olan perikard qatının quruluşu və qalınlığının incələnməsi üçün
    Ürəkdən çixan ana damarların  (aorta damarı, pulmonar arteriya) quruluş və funksiyalarını dəyərləndirmək üçün