Geştalt terapiya

Geştalt terapiya

Geştalt terapiyanın banisi Frederix Perls olmuşdur.1893-cü ildə Berlində anadan olub, 14 mart 1970-ci ildə isə Çikaqoda dünyasını dəyişib.

Geştalt – forma, surət (insan), bütövlüyü, şəxsiyyəti öyrənir. Məqsəd: İnsanın özünü tanımağa kömək edir və qəbul olunur. Əsas prinsipi: şüuru genişləndirmək, inkişaf etdirmək. Aktuallığı: həyatında baş verən hadisələrin məsuliyyətini öz üzərinə götürmək (indiki zamanda işləmək).

Şüurlu surətdə burada və indi yaşamağı öyrədir. İnsanın o anda etibarlı olan təcrübəsini, yəni nə istədiyini, nə etdiyini, necə etdiyini, nə hiss etdiyini açıq olaraq qəbul etməsini təmin edərək fərqliliyini artırır. Müalicənin hər mərhələsindəki fərqindəlik ətrafı bilmə, seçki etmənin məsuliyyətini alma, özünü bilmə və qəbul etmə bacarığıdır. Başqa bir sözlə, özü  və ətrafdakılarla təmas qura bilmə bacarığı.

İnsan bütöv sosiobiopsixo varlıqdır. İnsan və onu əhatə edən mühit bütöv geştalt təşkil edir. Mühit orqanizmə təsir edir və orqanizm öz mühitini yaradır. Bu daha çox şəxslərarası münasibətdə özünü göstərir.

Perls, psixoanalitik anlayışlardan təsirlənməsinə baxmayaraq Freydin nəzəriyyəsinin bir çox istiqamətinə etiraz etmişdir. Freydin insanı təməldə mexaniki olaraq görməsinə qarşı olaraq Perls, şəxsiyyətə bütöv bir yanaşmayla baxaraq, bu cür əhəmiyyət vermişdir. Freyd, erkən uşaqlıq dövrlərindəki zehindəki basdırılmış qarşıdurmalar üzərində durmuşdur. Perls isə fərdin indiki vəziyyətini araşdırmaya əhəmiyyət verir. Bu yanaşma, məzmundan daha çox müddət üzərində sıxlaşır:

– Bizim davranışımız qarşımızdakına təsir edir;

– Sən dəyişsən onlar da dəyişər;

– İnsanın davranışı geştaltların formalaşmasının və dağılmasının prinsipinə tabedir;

– İnsan insanlar olmayan mühitdə yaşaya bilməz. İnsanın orqanizmi ətraf mühitlə kontaktla təmin olunur;

– Orqanizmin real təlabatlarını və ətraf mühit haqqında real informasiyanı dərketmə;

– Orqanizm üçün lazım olan indiki zaman başa düşülür. Mənimsəmə, fikri, fantaziyalar, keçmiş və gələcək haqda düşüncələr, hamısı indi baş verir. Bu prinsipi dərk etmək dərketməni intensivləşdirir;

– Baş verənlərin və insanların hansı reaksiya vermə qabiliyyəti real məsuliyyət, dərketmə ilə bağlıdır. İnsan reallığı nə qədər dərk edirsə, o qədər də məsuliyyəti öz üzərinə götürüb, özünə arxalanır.

İnsanın 3 dərketmə zonası vardır:

1) Dünyanı dərketmə – xarici zona. (Eşidib – gördüklərimizi dərk edirik)

2) Özümüzü dərketmə – daxili zona

3) İnsanla dünya arasında hansı əlaqə olduğunu dərketmə – orta zona (fantaziya)

Bitirilməmiş işlər

Bitirilməmiş işlər kin, nifrət, inciklik, hirs, acı, kədər, günahkarlıq, utanc, tərk edilmə kimi ifadə edilməmiş emosiyalarla əlaqədardır.

Bu emosiyalar fərqinə varılaraq tam mənasıyla yaşanmamış olduqlarına görə davamlı “fon”da qalarlar və fərdin özü ilə ya da digərləriylə olan təmaslarında zaman zaman önə çıxaraq “şəkil” formatına çevrilə bilərlər. Beləcə fondakı bu işlər, şəkil formatına çevrildiikləri vaxt, bu anın yaşanmasına mane olarlar.

Texnikalar

Boş Stul Texnikası: Pasiyentin daxililəşdirdiyi şeyləri ortaya qoyması üçün istifadə olunan bir texnikadır. Terapevt, pasiyentindən bir kürsüyə oturub “Top Dog” olmasını və kürsünü dəyişdirərək “Under Dog” olmasını istər. Bu yolla pasiyentin daxililəşdirdikləri açığa çıxar və pasiyentin, qarşıdurmalarını tamamilə yaşar. Qarşıdurma, pasiyentin bu iki istiqamətə inteqrasiya olmağını qəbul etməsiylə həll edilə bilər. Texnika, pasiyentin ana-atasından götürüb özündə inteqrasiya etdirdiyi istiqamətləri tanımasına köməkçi olar.

Top Dog: Düzgün, avtoritar, əxlaqlı, tələb edən, sözünü keçirən və maneə törədəndir.

Under Dog: Qurban rolu oynayaraq, müdafiəçi olmaqla, zəifliklə və saxta gücsüzlüklə davranışını davam etdirər. Bu istiqamət məsuliyyət almamaq üçün səbəblər taparaq işləyən passiv istiqamətdir.

Dairə Etmə: Bu tətbiqdə, qrupdakı bir üzvüdən ayağa qalxaraq digərləri ilə danışması və ya birlikdə bir şey etmələri istənər. Məqsəd, üzləşdirmək, risk almaq, özünü açmaq, yeni davranışlar sınamaq, inkişaf etmək və dəyişməkdir.

 Məsuliyyət Almaq: Terapevt, pasiyentdən cümlələr qurmasını və sonuna “…. üçün məsuliyyət alıram” cümləsini əlavə etməsini istər.

“Özümü xaric olunmuş hiss edirəm və bunun məsuliyyətini alıram.” Bu texnik, fərqindəliyi artırmaq və genişlətmək üçün pasiyentin, emosiyalarını başqalarına əks etdirmək yerinə qəbul etmələri və tanımaları təməlinə söykənir.

Əks etdirmə Oyunu: Əks etdirmənin dinamikasını, fərdin özündə görmək istəmədiyi bir çox şeyi başqalarında açıqca görməsi meydana gətirər. Əks etdirmə oyununda terapevt, “Sizə inana bilmirəm” deyən bir pasiyentdən güvənilməyən insanı oynamasını istər. Bu pasiyentin, özünü digər insanların yerinə qoymasıdır. Beləcə inam və etibarsızlıq kimi iki ziddiyyətin dərəcəsini kəşf edər.

Şişirtmə Məşqi: Gestalt Terapiyasının bir məqsədi də, pasiyentlərin bədən diliylə göstərdikləri işarə və işarələrin fərqindəliyini qazanacaq bir vəziyyətə gəlməkləridir. Hərəkətlər, duruşlar, mimikalar mənalı ünsiyyət təmin edə bilərlər. Pasiyentdən, özü ilə əlaqəli və daxili mənasını açıqlayan hisslərin şiddətini artıraraq, hərəkət və mimikaları şişirdərək təkrar etməsi istənər.

Şişirtmə texnikasında istifadə edilən bəzi davranış nümunələri: Mənfi və acı verən şeyləri ifadə edərkən görülən gülmə vərdişi, titrəmə (əllər, ayaqlar), zəif duruş, bükülən çiyinlər, sıxılmış yumruqlar, çatık qaşlar, üz turşutma və s. kimi. Əgər pasiyent ayaqlarının titrədiyini söylərsə, terapevt pasiyentdən ayağa qalxaraq bu titrəməyi şişirtməsini istəyə bilər. Şifahi davranışlardakı fərqliliklər də şişirtmə məşqində istifadə edilə bilər. Terapevt pasiyentin gizlətdiyi mənaları ehtiva edən cümlələrini hər dəfə daha yüksək bir səslə təkrar etməsini istər. Bu məşqin təsiri, ümumiyyətlə pasiyentin özünü həqiqətən dinləməyə və eşitməyə başlamaları ilə olar.

Hissləriylə Qalma: Məsləhətləşənin qaçmaq üçün israr etdiyi, xoş olmayan hisslərinə gəlindiyi zaman terapevt bu hissləri davam etdirməsi üçün pasiyenti məcbur edər. Bir çox pasiyent, xoş olmayan hisslərindən çəkinmək və qorxduğu bir stimullaşdırıcıdan qaçma istəyi göstərər. Terapevt, pasiyentlərin çəkinmək istədikləri nə olursa olsun, davam etdirmələri və bu anda hisslərin daha dərininə enmələri və yaşamaları üçün onları cəsarətləndirər.

Geştalt terapiya