Ginekologiya

Qəbula yazılmaq

DİAGNOSTİKA ÜSULLARI

  • Ginekoloji ultrasəs müayinəsi.Ultrasəs müayinəsi (USM) qadın xəstəlikləri sahənin əvəzedilməz bir müayinə üsuludur. Çox müxtəlif istifadə sahələri vardır. Həm abdominal (qarından) həm transvaginal (uşaqlıq yolu ilə) edilən ultrasəs tez istifadə edilir.
  • Abdominal ultrasəs müayinəsi.Subay xəstələrdə vaginal yol uyğun olmadığı üçün yalnız transabdominal ultrasəs edilər. Bunun üçün xəstənin sidik kisəsi dolu olması lazımdır. Dolu sidik kisəsi akustik bir pəncərə kimi uşaqlıqın və yumurtalıqların daha dəqiq görülməsini təmin edir.
  • Transvaginal ultrasəs müayinəsi.Transvaginal ultrasəs müayinədə qadından sidik kisənin tamamilə boşaldılması tələb olunur. Uşaqlıq yolundan daxili orqanlar daha yaxın müayinə olunurlar və alınan görüntülər daha dəqiq olurlar. Yalnız çanaqda olanlar böyük kistalar vaginal ultrasəs müayinədə qeyri-kafi görünə bilərlər və bu vəziyyətdə xəstədə hər 2 üsulla ultrasəs müayinəsi edilə bilər.

Ginekoloji ultrasəs müayinəsi zamanı hansı məlumatları ala biliriz:

  • Uşaqlıq və uşaqlıq boynu ilə əlaqədar:

– uşaqlıqın ölçüləri və quruluşu, strukturu həcins olub olmadığı qiymətləndirilə bilər.

– myomlar varsa ölçüləri və yerləşmələri təyin oluna bilər.

– endometrium (uşaqlıqın boşluqunda olan selikli qişanın) qiymətləndirilə bilər, qalınlığı ölçülə, polip və polipa oxşar strukturlar varsa bunlar aşkar oluna bilər.

– anadangəlmə olan uşaqlıqın anomaliyaları qiymətləndirilə bilər.

– uşaqlıqin içərisindəki spirali müşahidə, mövqeyi qiymətləndirə.

– uşaqlıqın boynunda olan Naboti kistalar və diger törəmələr görülə bilərlər.

  • Yumurtalıqlar ilə əlaqədar:

– yumurtalıqların ölçüləri və quruluşu qiymətləndirilə bilər

– yumurtalıqlarda olan kistlerin və törəmələrin ölçüsü, strukturları, içlərini dolduran maye və qatı hissələrin xüsusiyyətləri qiymətləndirilə bilər.

– doppler ultrasəs ilə yumurtalıqlardakı kistlerin qan axın xüsusiyyətləri, xoşxəsəli və yə bədxəsəli olduğu seçkiliyinə köməkçi ola bilər.

– sonsuzluq olan xəstələrdə ovulyasiyanın zamanının yaxınlaşdığı qiymətləndirilə bilər.

  • Uşaqlıq borular ilə əlaqədar:

– boru hamiləliyin diagnostikasında xüsusilə transvaginal ultrasəs müayinəsi çox qiymətlidir.

– hidrosalpinks (boruların maye ilə dolmuş olması) varlığı müəyyən oluna bilər.

– piyosalpinks (boruların irin ilə dolu olması) varlığı müəyyən oluna bilər.

  • Çanaq ilə əlaqədar:

– çanaqda yəni qarının uşaqlıq və yumurtalıqların olduğu alt hissəsində olan maye və törəmələr ultrasəs müayinəsi zamanı görülə bilərlər.

– çanaqda olan orqanlardan (uşaqlıq, yumurtalıqlar, bağırsaqlar, borular, sidik kisəsi) inkişaf edən törəmələr izlənilə bilər.

  • Kolposkopiya
  • PAP SMEAR VƏ HPV (papilloma) VİRUSUNUN AŞKARLANMASI.
  • Diagnostik və cerrahi histeroskopiya.