Gizli şəkər

Gizli şəkər

Orqanizmdə hormonal mübadilənin pozulması ilə əlaqədar olaraq bir sıra xəstəliklər baş verə bilər. Bunlardan biridə şəkərli diabet xəstəliyidir.
Gizli şəkər şəkərli diabet tip 2 nin başlanğıcıdır. Gizli şəkər aşkar olunan insanlarda bu daha da proqessivləşib şəkərli diabet tip 2-yə dönuşməməsi üçün sağlam qidalanması, çəki atması, fiziki aktivliyi artırması və ən əsası Endokriniloqa müraciət etməsi vacibdir
Gizli şəkəri təşhis etməsi üçün venoz qanda aclıq şəkər analizini vermək lazımdır. Əgər 100 ilə126mg/dl arasında isə sizdə gizli şəkər var deməkdir. Bəzi hallarda aclıq şəkəri normal ola bilər o zaman siz QQTT və A1C analizini verməlisiniz bunlardan 2 göstərici normadan artiqdirsa gizli şeker təstiqlənmişdir deməkdir.
ƏLAMƏTLƏRİ
– Həmişə şirin qidalar yemək istəyi, tez –tez acma
– Son müddətdə arıqlama və ya kökəlmə
– Gündüzlər yuxluluq hissi
– əsəb gərginliyi
– tərləmənin artması xüsusən də gecə tərləmələri
– halsızlıq yorğunluq, sıxıntının olması, psixoloji dəyişiklik
– ağizda, quruluq, susuzluq tez –tez sidiyə getmək
– hamiləlik zamanı aclıq şəkərin pozulması( Hestasion hamiləlik)
– şəkərin duşməsi( Hipoqlikemiya)
– İrsiyyətdə şəkərli diabet xəstəsinin olması
Əgər sizdə bu əlamətlərin hətda bir qismi varsa Endokrinoloqa muraciət etməniz məsləhət gorülür.