Həkimlər üçün kliniki dietologiya təlim-kursu

Həkimlər üçün kliniki dietologiya təlim-kursu

Endokrinoloq, dietoloq və terapevtlər üçün marağlı təklif!

Kliniki  Dietologiya təlim-kursu ,  HAYAT Clinic  Tibb Mərkəzi  təşkilatı  dəstəyi ilə,  Qidalanma  və  Sağlamlıq  Nutrisioloqlar İctimai Birliyinin üzvü,  Ali dərəcəli həkim, terapevt  Doktor İradə İmanova tərəfindən keçiriləcəkdir!

Kursun mövzuları:
1. Ürək-damar xəstəlikləri zamanı dietoterapiya (və ya pəhriz müalicəsi)
2. Böyrək xəstəliklərində dietoterapiya
3. Hepatitlər zamanı dietoterapiya
4. Diabet xəstəliyi zamanı dietoterapiya
5. Hipotiroid zamanı qidalanma
6. Hamiləlik müddətində və uşaqlarda 2 yaşa qədər qidalanma
6. Hamiləlik sonrası piylənmə və qidalanma
8. Menopauza zamanı qidalanma
9. Yüksək prolaktin zamanı qidalanma
10. Testosteron səviyyəsinin azalması zamanı qidalanma
11. Artrozlarda qidalanma
12. Bulimiya və nəzarətsiz kilo artımı zamanı qidalanma
13. Çəki azlığında qidalanma
14. Şizofreniya zamanı qidalanma

Kurs 45 saatlıqdır.

Həftədə 3 dəfə olmaqla keçiriləcəkdir ( bazar ertəsi- çərşənbə-cümə) , saat 10.00-13.00

Sonda imtahan keçiriləcək və imtahanı uğurla sonlandıranlara sertifikat təqdim olunacaqdır.  Həmçinin, coffee-break dinləyicilərə təşkil ediləcəkdir.
Qeyd edək ki, təlim-kursu çərçivəsində təlim materialları da dinləyicilərə təqdim ediləcəkdir.
Təlim-kursunun keçirilmə dili Azərbaycan / Rus dilindədir

Təlim kursu ödənişlidir.

Ətraflı məlumat almaq üçün: (055) 771-54-53