HALİTOZ – Xoşagəlməz ağız qoxusu

HALİTOZ – Xoşagəlməz ağız qoxusu

Hər vaxtınız xeyir, dəyərli valideynlər.

Bu günün mövzusu ağız qoxusudur. Ağızdan xoşagəlməz qoxu elmi dildə HALİTOZ adlanır. Və bir çox digər xəstəliklərdə olduğu kimi bu mövzuda da əsası və reallıqla heç bir əlaqəsi olmayan qorxulu hekayələr başlayır.

“Uşağın ağzından pis qoxu gəlir? Deməli, onda yüz faiz qurd var!”
“Yox eee, dəqiq deyirəm sənə: balacanın ağzından iy gəlirsə, deməli mədəsində problem var!” və s.

Dözülməz (kükürd-ammonyak) qoxunun əsas “istehsalçıları” — qidayla aldığımız zülalları parçalayan xüsusi bakteriyalardır. Özü də bu parçalanma prosesi birbaşa ağızda baş verir. Həzm prosesi elə burda başlayır. Parçalanması nəticəsində bəzi kükürd tərkibli maddələr ortaya çıxır və pis qoxu əmələ gəlir. Lakin insanın tüpürcəyində kükürd qoxusunu aradan qaldıran xüsusi streptokokk növü var. Lakin bəzən pis qoxunun yox olması üçün bu bakteriayalar yetərli deyil. Bunun iki səbəbi vardır: ya ağız boşluğunda tüpürcək azdır, ya da ağızda zülal parçalayan bakteriyalar çoxdur. Beləliklə, indi sizə də məlum oldu ki, ağızda əmələ gələn xoşagəlməz qoxu problemi həmişə tüpürcəklə bağlıdır. Bu qoxunun mədə, öd kisəsi yaxud bağırsaqla əlaqələndirilməsi tamamən əsassızdır. Ağız qoxusu problemi yalnız və yalnız ağız boşluğuna (bəzən burun boşluğuna) bağlıdır, vəssalam.

Uşaqlarda xoşagəlməz ağız qoxusunun əmələ gəlməsi növbəti amillərə bağlıdır:
1. Uşağın vaxt keçirdiyi otaqda havanın quru olması;
2. Uşaq atktic hərəkət edir, çox tərləyir və bu səbəbdən də ağzı çox quruyur;
3. İstənilən KRVİ. Əksər növ soyuqdəymə və qrip zamanı tənəffüs yolları quruyaraq çox miqdarda seliklə örtülür və nəticədə tüpürcək streptokokkunun fəaliyyəti zəifləyir;
4. Tənəffüs yollarının istənilən xroniki iltihabı;
5. Dişlərin çürüməsi;
6. Allergik rinit (burun və ağız boşluqlarında artıq dərəcədə selik yığılması);
7. İltihablanmış adenoidlər;
8. Uşağın başına uyğun olmayan qida rasionu.

Beləliklə, biz xoşagəlməz ağız qoxusuna səbəb ola biləcək əsas məqamları gözdən keçirdik.
Əziz valideynlər, sizlərə bu mövzuya aid bir neçə məsləhət vermək istəyirəm:
● Övladınıza daima bol su verin, zaman-zaman limonlu su da təklif edin;
● Otağında nəmliyinə diqqət edin (nəmlik 60-70% civarında olmalıdır);
● Uşağı mütəmadi olaraq diş həkiminə aparın;
● Uşaq burunla nəfəs ala bilmədikdə — burnunu gündə bir neçə dəfə duzlu məhlulla yuyun;
● Burun-boğaz-qulaq həkiminə gedin, uşaqda adenoidlərin vəziyyətini yoxladın;
● Qonşularınızın danışdığı əfsanələrə inanmayın, övladınızda heç bir təhlükəli patologiya yoxdur. Bütün bu “nəzəriyyə”lərin heç bir elmi sübutu yoxdur.

Sağlam olun, nağıllara inanmayın.

Hörmətlə

Doktor Həmid Hacıağayev