Hamilə qalmadan öncə lazım olan müayinələr

Uşaq sahibi olmağa qərar vermək insanın həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Bu qərarı verdikdən sonra hamilə qalmadan əvvəl ruhi və fiziki olaraq hazırlanmaq lazımdır. İlk həkim ziyarətinə hamilə qaldıqdan sonra getmək kifayet deyil. Sağlam bir hamiləlik dövrü keçirmək, sağlam və rahat bir doğum edə bilmək və sağlam bir uşaq sahibi olabilmək üçün hamilə qalmağa qərar verildiyində ən az 3 ay əvvəlində həkimlə görüşmək əhəmiyyətlidir. Müayinənin ilk mərhələsi – konsultasiyadır. Bu görüşdə yaş, peşə, neçənci evlilik olduğu kimi bəzi məlumatlar əvvəlcə alınır. Daha sonra ürək xəstəliyi, şəkərli diabet, qaraciyər xəstəliyi, böyrək xəstəliyi, qalxanvarivəzinin xəstəlikləri kimi sistemik xəstəliklər olub olmadığı yoxlanılır. Bu ilk görüşdə hər hansı bir anomaliya ve ya genetik xəstəliyin olub olmadığı araşdırılar və belə bir vəziyyət varlığında genetik vahidindən məsləhət almanız məsləhətdir. Sonra ümumi müayinə və ginekoloji müayinə edilir. Son 1 il ərzində PAPP-yaxma testi edilmədi isə mütlək edilir. Transvaginal ultrasəs müayinə zamanı çanaq orqanların vəziyyətinə baxılır. Müayinədə ayrıca boy, kilo və qan təzyiqi ölçülür. Hər hansı bir xəstəliyi olmayan qadınlar da hamiləlik əvvəli müayineden keçmelidilər.
Hamiləlik əvvəli teyin edilən analizlar:
• qanın ümümi analizı
• sidiyin ümümi analizı
• ana və atanın qan qrupları
• toksoplazma ilə əlaqədar testlər
• Rubella (məhmərək) ilə əlaqədar testlər
• Hepatit B və C.
• qanda şəkər
• Xromosom araşdırmaları (qohum evliliyi etmiş olanların və genetik xəstəliyi düşündürən şikəstliklərə sahib körpə doğurmuş olanların etdirməsi məsləhətdir)
Hamilə qalmaq istəyənlərə məsləhətlər:
• Edilən analizlarda məhmərək üçün immunitet aşkar edilməzsə peyvənd edilməsi məsləhət edilir. Peyvənd edildikdən sonra 3 ay hamilə qalmaq olmaz.
• Qadında şəkərli diabet varsa, qanda şəkərinin nəzarət altında tutulması lazımdır.
• Hamilə qalmadan 2-3 ay əvvəl gündəlik 400 mikrogram fol turşusu qəbul etmək məsləhətdir.
• Siqaret, alkohol içkiləri və ya digər zərərli vərdişlərin kəsilməsi lazımdır
• Mümkün olduğunca stressdən uzaq dayanmaq məsləhətdir
• Hamilə qalmağa qərar verincə qidalanma qaydaları da dəyişməlidir. Süni dadlandırıcılar, kafein istifadəsi azaldılmalıdır. Kifli pendirlər, az bişmiş yumurtalar, pasterizə edilməmiş süd məhsulları, yaxşı yuyunmamış salatlar, soyuq hazırlanmış et və əvvəldən bişirilmiş yeməklərdən uzaq dayanılması lazımdır.
• Evdə pişiyi olan qadınlar pişiyin yerini təmizləməq başqa birindən kömək istəməlidilər.
• Gərəksiz dərman almaqdan və radiasiyaya məruz qalmaqdan qaçınmaq lazımdır.