HITOP

HITOP-yüksəktonlu  terapiya  (HiTop)Elektroterapiyanın  inkışafında  yenı  yeni  istiqamətdir.Yüksəktezlikli  (4-32 kHz) dəyişkən  elektrik  cərəyanının  istifadəsi  nəticəsində  hüceyrə  daxilində  yaranan  rezonans  orqanizmin  sürətli  detoksikasiyasına  və  cavanlaşmasına,  maddələr  mübadiləsinin  sürətlənməsinə  və  enerji  istehsalına  səbəb  olur.Hüceyrə  səviyyəsində  bu  effekt  özünü  ödemin,  iltihabın  azalması, toxumaların  sürətli  bərpası  və  ən  əsası  hətta  ilk  seansdan  belə   ağrının  azalması  ilə  biruzə  verir.Yüksəktonlu  terapiya  ağrıların, xüsusilə  xroniki  və  çətin sağalan  ağrıların  müalicəsində  hətta  farmokoloji  preparatlardan  belə  daha  təsirlidir.Həmçinin  yüksəktonlu  müalicə  üsulu orqanizmin  həddən  artıq  yüklənmələrə,  stresslərə  və  xroniki  xəstəliklərə  qarşı  dözümlülüyünü  artırmağa  və  stabil  saxlamağa  imkan  verir.

Göstərişlər:

Bu  müalicə  üsulunun  tətbiq  edilə  biləcəyi  spektr  çox  genişdir:dayaq-hərəkət  sistemi  xəstəlikləri, idman  təbabəti, nevrologiya, travmatologiya, dermatologiya, ginekologiya, urologiya, daxili  xəstəliklər, psixiatriya.

Piylənmə  və  sellülitin  müalicəsində  müsbət  effekt  əldə  edilmışdir.

Ortopediya,travmatologiya, cərrahiyyə (osteoxondroz, artroz, bursitlər, dartılmalar, siniqlar, periartritlər, xondropatiyalar, əməliyyatdansonrakı mərhələ)
Nevrologiya (üçlü sinirin  nevralgiyası, miqren ,amiotrofik  yan  skleroz,  vazomator  baş  ağrıları, mialgiyalar, enurez)
Urologiya, Ginekologiya ( xroniki  adneksit,  dismenoreya, xroniki sistit  və  s.)
Angiologiya və daxili  orqanların  xəstəlikləri (arterial  hpertoniya, diabetik angiopatiya, xroniki  venoz  çatmamazlıq,  yataq  yaraları, trofiki  yaralar, piylənmə, qəbizlik)
Psixiatriya (depressiyalar, fobiyalar, kəsilmə sindromu)
Dermatologiya (neyrodermitlər, psoriaz)
LOR xəstəlikləri (xroniki  laringit, xroniki otit, xroniki  haymorit)
Stomatologiya (ödemi aradan  qaldırmaq üçün  və  regenerasiyanı  sürətləndirmək  üçün  əməliyyatdan  sonrakı  müalicə)
Bizim  şöbədə  həmçinin  klassik  elektroterapiya,  ultrasəs  terapiya,  ultrayüksək tezlikli  terapiya,  krioterapiya (Fricostream)
Dərin  ossilyasiya,limfodrenaj(Pressomed, Limpha Vision) venoz  və  limfa  sisteminin  elektrostimulyasiyası  prosedurları  icra  edilir.Yanaşı  olaraq  VOCASTİM  aparatı  vasitəsilə otolarinqoloji  və  nitq  pozulmalarının  diaqnostikası  elektrostimulyasiyası  və  müalicəyə  nəzarət  aparılır.
Dayaq – hərəkət  sisteminin  zədələnmələri zamanı  reabilitasiya məqsədi  ilə  oynaqların  passiv  və  aktiv  işlədilməsini  təmin  edən Artromot cihazlarından  istifadə  edilir.
Böyüklərə,  uşaqlara  və  körpələrə  nəzərdə  tutulmuş  neyroreabilitasiya  proqramına  aşağıdakılar  daxildir:transkranial  və  transvertebral mikropolyarizasiya (Polaris),transkranial  maqnitoterapiya,  hədsiz  yüksəktezlikli  terapiya.
Şöbəmizdə  həmçinin  müalicəvi-gücləndirici  prosedurlar da  nəzərdə  tutulub:
Xromoterapiya, Musiqiterapiyası, Şarko  duşu,  yağış  duşu,  Kneyp  üsulu  ilə  yuyunma