Hidroterapiya

Hidromasaj vannasında təzyiq altında verilən su şırnağı vasitəsilə insan orqanizminə terapevtik təsir proseduru icra olunur.
Bu cür su şirnağı suda boşalmış əzələlərə dərin və ağrısız təsir edərək mexaniki və termiki effekt yaradır.
Hidromasaj aşağıdakı funksional pozulmalarda və xəstəliklərdə tövsiyyə olunur:

  • dayaq-hərəkət aparatının travma və xəstəlikləri
  • stres,depressiya,astenik sindrom
  • qan dövranının pozğunluqları
  • xroniki yorğunluq sindromu
  • mərkəzi və periferik sinir sistemi xəstəlikləri(həmçinin postinsultlu xəstələr)
  • vegetativ damar distoniyası
  • mübadilə pozulmaları (piylənmə,sellülit)