Hipotireoz nədir?

Hipotireoz nədir?

Hipotireoz nədir?
Qalxanvari vəzin hormonlarının azalması ilə yaranan haldır. Bu hal endokrin orqanin funksional catışmazlığına və hormon mübadiləsinə təsir edən patoloji prosesdir. Hipotireoz endokrin sistemin ən çox rast gəlinən xəstəliklərindən biridir. Hipotireozun ən ağır forması böyüklərdə miksedemadır, uşaqlarda ise kritinizmdir(kəmağıllılıq).
Hipotireoz birincili və ikincili olur
Birincili hipotireoz zamanı qalxanvari vəzidə hormonlarin istehsalının azalması baş verən patoloji proseslə əlaqədardır.
İkincili hipotireoz qalxanvari vəzini idare edən,hipotalamus-hipofiz sistemində olan patoloji prosseslərlə əlaqəli olur.
Birincili hipotireoz anadangəlmə və qazanılmış ola bilər.
Anadangəlmə hipotireoz qalxanvari vəz heç olmadıqda və ya kifayət qədər inkşaf etmədikdə baş verir.Qalxanvari vəzin hormonlarının sintezində iştirak edən fermentlərin,irsi deffektidə ola bilər.Bu halda vəz tərəfindən yodun mənimsənilməsi pozulur.Qazanılmış birincili hipotireoz qalxanvari vəzin əməliyyat zamanı çıxarılmasından sonra əmələ gələn,həmçinin ətraf mühitdəki radiasiyanın təsiri nəticəsində,boyun orqanlarının şüalanması zamanı,radiaktov yod preparatları ilə müalicə aparıldıqda,qalxanvari vəzin iltihabi xəstəliklərindən sonra,bəzi dərman preparatlarının təsiri altında,qalxanvari vəzdə şiş əmələ gəldikdə.
Hipotireozun təzahürü çox şəkilli olur.Ayrılıqda görülən simptomlar spesifik deyil.
1.Kökəlmə,bədən temperaturunun azalması,soyuğa davamsızlıq(maddələr mübadiləsinin ləngiməsinə görə),dərinin avazıması,hiperxolesterinemiya,erkən ateroskleroz
2.Miksedematoz şişkinlik,göz ətrafının şişməsi,dildə dişlərin izlərin qalması,əllərin şişməsi
3.Süstlük,psixoprosseslərin ləngiməsi(təfəkkürün,nitkin,emosional reaksiyaların),yaddaşın azalması,polineyropatiya.
4.Qəbizliyə,öyüməyə,köpə meyillilik,qaraciyər ölçülərinin böyüməsi,öd yollarının diskineziyası,öd daşı xəstəliyi.
5.Anemiya
6.Saçların quruluğu,qırılması,tökülməsi,dırnaqların qırılması və eninə-uzununa izlərin əmələ gəlməsi.
7.Qadınlarda menstrual tsiklin pozulması.
Hipotirezoun müalicə məqsədi-tireoid hormonlarının orqaznimdə fizioloji ehtiyyaclara cavab verən şəkildə saxlanılnmasıdır.