Holter EKQ

Holter EKQ – Ürək ritminin gün boyu kiçik cihaz vasitəsilə 24-48 saat ərzində izlənməsi və EKQ çəkilməsidir. İnsan normal həyatını yaşayaraq bu cihazı üzərində gəzdirir, 24-48 saat sonra qeyd edilən məlumatlar kompyuterə köçürülərək, həkim kardioloq tərəfindən nəticə verilir. Bu müayinə nəticəsində gün ərzində baş verən ritm pozğunluqları və ürəkdə müəyyən səbəblərdən əmələ gələn ağrılar aşkar edilir