KT

KT müayinələri 128 kəsikli Otima cihazında aparılır.

Bu cihaz çəkisi 230 kq –ya qədər pasiyentlərdə müayinəni aparmaqa imkan yaradır.

Cihaz tez sürəti və rentgen şüaların aşağı dozası ilə digər modellərdən seçilir.

Bu KT cihazda bütün bədənin görüntüsünü bir neçə saniyyə içərisində əldə etmək olar.

Oyanıqlı pasiyentlərdə, travmatik zədələnmələr zamanı, ağ ciyər xəstəlikləri üçün KT müayinəsi əvəzolunmazdır.

Kompyuterli tomoqrafda müayinələr aparılır:

baş beyin və kələ sümükləri
paranazal sinuslar;
orbital strukturalar;
gicgah sümükləri;
onurğa sütunu (boyun, döş, bel, oma, büzdüm) – sümük strukturları;
boyun yumşaq toxumaları;
oynaqlar – sümük strukturlarını dəyərləndirmək üçün;
ətraf sümüklər və yumşaq toxumalar;
ağ ciyərlər, döş qəfəsin yumşaq toxumaları və divararalığı;
qarın boşluğu üzvləri;
kiçik çanaq üzvləri;
böyrəklər və böyrəküstü vəzlər;
kontrastlı dinamik müayinələr;
kontrastlı angioqrafiya (mərkəzi və periferik damarların);
3D (üç ölçülü) rəngli görüntülər.
KT zamanı avtomatik injektor vasitəsi ilə dinamik kontrastlı müayinələr və angioqrafik müayinələr aparıla bilər.