Laboratoriya

Qəbula yazılmaq

Yüksək keyfiyyətli reaktivlər.

Bizim klinikada ancaq, Avropa, Amerika, İsrail və Kanada kimi ölkələrin istehsalı olan reaktivlərdən istifadə edilir. Reaktivlərin alınması, daşınması və saxlanması xüsusi nəzarətdə saxlanılır.

Klinikamızda avtomatik idarə etmə sistemi olan PRESTİJ proqrami qurulmuşdur.Bu sistemin köməkliyi ilə xəstələrin qeydiyyatiı aparılır. Qeydiyyata alınmış xəstələr qan götürmə otagina yönəldilir.Analiz verməmişdən öncə xəstə haqqinda bütüninformasiyanı özündə birləşdirən Barkod vurulur.barkod vurulan andan veriləcək analiz barədə informasiya labaratoriyada fəaliyyət göstərən tam avtomatlaşdırlmış analizatora ötürülür.Barkod yapışdırılmış analiz materialı aparata verilən andan analizin avtomatik rejimdə aparılması başlayır.Cavab hazir olan kimi cihaz cavabı avtomatik rejimdə mərkəzləşdirilmiş sistemə həm də təyinatı vermiş həkimə göndərir.

Laborator təhlilərin aparılmasına müssisədə xüsusi 2 qat nəzarət mexanizmi yaradılmlşdır:

1-ci mərhələdə analiz üçün materialın götürülməsinə, daşınmasına, hazırlanmasına tam nəzarət.

2-ci mərhələdə analizin aparılması, alınan nəticənin qiymətləndirilməsi, şübhə doğuran cavabların alternativ aparatda təkrarlanması, Neqativ kontrol və Pozitiv kontrolların aparılmas,hər gün istehsalçı firmadan alınmış kontrol qanla aparatların test edilməsi.

LABORATORİYA  şöbəsi:

Hayat Clinic Tibb Mərkəzinin PZR (Polimeraz Zəncir Reaksiyası) laboratoriyası Azərbaycanda ilk dəfə olaraq əldə olunan nümunədən (qan,yaxma,sidik) DNT və RNT-nin ayrılması prosesini tam avtomatlaşdırılmış sistemdə –MagNa Pure Compactcihazı ilə əldə edir.

Hayat Clinic Tibb Mərkəzinin PZR laboratoriyasında istifadə olunan reaktivlər Beynəlxalq sertifikata (İVD) sahib Bioron (Almaniya) firmasına məxsusdur.

Reaktivin həssaslığı

Hepatit C virus 38kopya/ml (kəmiyyət)

Hepatit C virus 15-100000000 İU/ml (keyfiyyət)

Hepatit B virusu-45 kopya/ml (kəmiyyət)

Hepatit B virusu-10-100000000 İU/ml (keyfiyyət)