MagNa Pure Compact və LightCycler 480

MagNa Pure Compact və LightCycler 480 II-Azərbaycanda ilk PZR müayinəsinin tam avtomat sistemidir.MagNa Pure Compact eyni zamanda 8nümunədə cox kiçik həcmdə(100-1000mkl) 25 dəq ərzində nuklein turşularini insan faktoru olmadan ayıran bir sistemdir. LightCycler 480 II-optik sistemli rotor tipli amplifikator “real zaman”rejimində PZR və deteksiyanın keçirilməsi üçün istehsal olunub.

Dünyada ilk 6 kanallı ən geniş hissetmə spektrinə və flüoresstent deteksiyaya malik”real zaman”rejimində amplifikasiya üçün avadanlıq hesab olunur.

Kəmiyyətcə PZR-analizlər:

infeksion dövrdə virusla yüklənmənin

genetik dəyişilmiş inqrediyentlərin konsentrasiyasının

genlərin ekspressiya səviyyəsinin qiymətləndirməsinin təyini

Keyfiyyətcə PZR-analizlər:

geniş spektrli infeksion xəstəliklərin törədicilərinin aşkarlanması

eyni vaxtda kliniki materialda bir neçə törədicinin təyin edilməsi

mikroorqanizmlərin genotipləşdirilməsi

nöqtəvi mutasiyaların və genetik polimorfizmlərin təyini…

MagNa Pure Compact (ROCHE)cihazının üstünlükləri.

  • 30 dəqiqə ərzində 8 nümunədən DNT və RNT-nin ayrılması.
  • İnsan faktoru olmadan DNT və RNT-nin tam avtomatlaşmış ayrılması.
  • Yüksək keyfiyyət
  • Tam dəqiq nəticə
  • Yüksək həssaslıq

4-lü kontrol sistemi

  • Negativ control
  • Pozitiv kontrol 1
  • Pozitiv kontrol 2
  • Zəif pozitiv kontrol

Əldə olunan DNT və RNT Real-Time PCR LightCycle 480 cihazına yüklənir.

Real-Time PCR LightCycle480 (ROCHE) cihazının üstünlükləri.

  • Tez bir zamanda dəqiq nəticə.2 saat
  • Yüksək özünəməxsusluq.
  • Yüksək həssaslıq.
  • Daha güvənli, düzgün kəmiyyət və keyfiyyət test nəticələrinin verilməsi.
  • Kontaminasiyon (çirklənmə) riskinin olmaması.

4-lü kotrol sistemi

  • negativ control.
  • Pozitiv Control 1
  • Pozitiv Control 2
  • Zəif Pozitiv Control
  • Test protokolların dəyişməklə bir çox genetik testlər işləmək üçün uyğun bir sistem.

Məs.Qan xərcəngləri,Genetik qan laxtalanmaları.

  • Kəmiyyət testlərin də virusların ən aşağı həssaslığının təyin edilməsi

TESTLƏR

  • Urogenital (cinsi) infeksiyalar
  • Virus Hepatitləri
  • Tənəffüs yolu infeksiyaları
  • Qadın və kişi sonsuzluğunun genetikası
  • Kardiovaskular xəstəliklərin genetikası

Hayat Clinic Tibb Mərkəzinin PZR laboratoriyasında istifadə olunan reaktivlər Beynəlxalq sertifikata (İVD) sahib Bioron (Almaniya) firmasına məxsusdur.

Reaktivin həssaslığı

Hepatit C virus 38kopya/ml (kəmiyyət)

Hepatit C virus 15-100000000 İU/ml (keyfiyyət)

Hepatit B virusu-45 kopya/ml (kəmiyyət)

Hepatit B virusu-10-100000000 İU/ml (keyfiyyət)