Optima MR450w 1.5T MR

Optima MR450 W 1.5T MR aparatı –Azərbaycanda yeganə unikal bir cihazdır!

  • Bu universal cihazın unikallığı nədir?
    230 kq -ə qədər çəkisi olan pasiyentlər üçün nəzərdə tutulub. Artıq çəkili pasientlər proseduru rahat keçə bilirlər və heç bir diskomfort hiss etmirlər.
  • Cihazın qentri genişliyi 70 sm-dir! Klaustrofobiyadan əziyyət çəkən pasientlər atrıq rahat və komfortlu şəraitdə prosedurdan istifadə edirlər.
  • Müayinələr yüksək sürətlə aparılıb, ortalama müayinə vaxtı 15 dəqiqə çəkir. Bu da pasientlərin rahatlığı üçün əhəmiyyətlidir.
  • Səssiz rejimlər (Silent Scan) nəzərdə tutulub. Bu unikal funksiya pasientlərə prosedur zamanı psixoloji komfort yaradır, yüksək səslər azalır.
  • Optima MR450w 1.5T MR cihazı son müasir protokollarla zəngindir! Bu üstünlük ən çətin patologiyaları daha dəqiq aşkarlamaq imkanı verir(onkologiyada, pediatriyada, nevrologiyada)

Və nəhayət Optima MR450 W 1.5T MR cihazın komplektasiyası bütün növ radioloji müayinələr üçün yığılıb:

  • baş beyin;
  • paranazal sinuslar;
  • orbital strukturlar;
  • gicgah sümükləri;
  • onurğa sütunu (boyun, döş, bel, oma, büzdüm)
  • mieloqrafiya;
  • boyun yumşaq toxumaları;
  • oynaqlar
  • ətraf sümüklər və yumşaq toxumalar;
  • döş qəfəsinin yumşaq toxumaları və divararalığı;
  • qarın boşluğu üzvləri;
  • kontrastsız MRCP (xolanqiopankreatoqrafiya);
  • kiçik çanaq üzvləri;
  • böyrəklər və böyrəküstü vəzilər;
  • süd vəzilərin MR
  • kontrastlı və dinamik kontrastlı müayinələr( avtomatik injektor vasitəsi ilə)
  • kontrastsız 3D TOF angioqrafiya.
  • MR-enteroqrafiya
  • MR-uroqrafiya
  • Fetal MR
  • Whole Body
  • 3D Spectrogramma
  • Cardiac MR
  • Breast Rutine

1. MRT-traktoqrafiya

Traktoqrafiya müayinə zamanı baş beyində ağ maddənin aparıcı yolları (traktlar) vizualizə olunur və onların trayektoriyaları, yerdəyişməsi və ya deformasiyasını, tamlığını qiymətləndirməyə imkan verir.

Bu müayinə metodu  planlaşdıran cərrahiyyə əməliyyatları üçün vacibdir,

insultdan sonra sinir liflərinin zədələnməsini aşkar etmək mümkündür.

Traktoqrafiya standart MRT müayinəsini tamamlayır. Belə ki müayinənin vaxtı 5-7 dəqiqə uzanır. Xüsusi hazırlıq tələb olunmur. Prosedur ağrısız, qeyri-invaziv və kontrastsız aparılır.

MRT-traktoqrafiya istifadə olunur:

  • Baş beyin şişləri zamanı – ağ maddədə aparıcı yolların zədələnməsini və ya yerdəyişməsini aşkar etmək üçün;
  • Cərrahi müdaxilənin planlaşdırılmasında – cərrahi müdaxilənin həcmini və  giriş yolunu  təyin etmək üçün;
  • Neyrodegenerativ proseslərdə (demielinizasiya ilə gedən  xəstəliklər, o cümlədən dağınıq skleroz və s.).

2. MR-spektroskopiya

toxumalarda müxtəlif metabolitlərin konsentrasiyası və onların patoloji proseslər zamanı dəyişikliklərini təyin etməyə imkan verən qeyri-invaziv metoddur.

MR-spektroskopiya baş beynin və prostat vəzinin, metabolizmini qeyri-invaziv müayinə etmək üçün yeganə metoddur. İndiki zamanda MR spektroskopiya baş beyində həcmli proseslərin dəyərləndirilməsində geniş istifadə olunur.

Astrositomaların, ependimomaların və primitiv neyroektodermal şişlərin (PNET) differensial diaqnostikası üçün MR spektroskopiyadan istifadə olunur.

MR-spektroskopiya həm də əməliyyat sonrası dövrdə residiv və şüa nekrozu arasında differensiasiya üçün vacibdir.

MR-spesktroskopiya birincili beyin şişləri, metastazların infeksion və demielinizasiya proseslər ilə differensial diaqnostikası üçün geniş istifadə olunur.

MR-spektroskopiya epilepsiya, uşaqlarda ağ maddənin metabolik və degenerativ zədələnmələri, kəllə-beyin travmaları, beyin işemiyası və digər xəstəlikləri zamanı istifadə olunur.

Spektroskopiya standart MRT müayinəsini tamamlayır. Belə ki müayinənin vaxtı 5 dəqiqə uzanır. Xüsusi hazırlıq tələb olunmur. Prosedur ağrısız, qeyri-invaziv və kontrastsız aparılır

3. MR –enterografiya nazik bağırsaq xəstəliklərinin qeyri invaziv müayinə metodudur.

Müayinəyə əsas göstəriş Kron xəstəliyinə şübhədir (terminal ileit, Crohn disease).

Müayinə üstünlükləri

  • İonlaşdırıcı radiasiya yoxdur (rentgen və KT müayinədən fərqli olaraq);
  • Yüksək görüntü imkanı;
  • Eyni zamanda həm bağırsaq divarını, həm yanaşı toxumaları və parenximatoz orqanları dəyərləndirmək imkanı.

Hər iki metod (KT və MRT) Kron xəstəliyinin aşkarlanması üçün 95% və daha yüksək həssaslığa malikdir. MR enterografiyanın üstünlüyü ionlaşdırıcı şüalanmanın olmaması, yumşaq toxumaların üstün vizualizasiyası və damardaxili ya peroral üsüllar  üçün nisbi zərərsiz kontrast maddə.

MR enterografiya metodikası zamanı kontrast maddə əsasən peroral qəbul olunur ki,  bu da bağırsaq ilgəklərinin genişlənməsi üçün önəmlidir.

Kron xəstəliyin MRT əlamətləri – bağırsaq divarının qeyri bərabər qalınlaşması, seqmentar zədələnmə, damardaxili  və peroral kontrastlaşma zamanı bağırsaq divarın laylanması, damarlarda qan axının dəyişməsi, piylikdə iltihabi dəyişikliklər, limfadenopatiya və fistulaların olmasıdır

4. MRT-uroqrafiya– müasir, təhlükəsiz və çox dəqiq müayinə üsuludur. Bu müayinə MRT-da istifadə olunan kontrast maddə-qadoliniumun venadaxili yeridilməsi ilə həyata keçirilir. Qadolinium, klassik uroqrafiya və kompüter tomoqrafiyasında istifadə edilən yod tərkibli kontrast maddələrdən daha təhlükəsizdir

Dinamik texnikanın istifadəsi bütün sidik sisteminin fəaliyyətini müşahidə etməyə imkan verir. Həmçinin bu üsulla sidiyin əmələgəlmə prossesinin hər mərhələsini analiz etmək, böyrəklərin strukturunu müayinə etmək,  sidik axarı yolların formasını müəyyinə etmək və geniçlənməsini aşkarlamaq olur

MRT-uroqrafiyaya göstərişlər:

  • Böyrəklərdə törəmə və kistalara şübhə
  • Sidik  yolların konkrement (daş, duz) mövculuğunu və ya buna şübhə
  • Sidik çıxaran yolların daralması yaxud genişlənməsinin səbəblərini  və sidik axınının maneəsinin diaqnostikası
  • Sidik ifrazatı sisteminin anadangəlmə qüsurlarının qiymətləndirilməsi
  • Törəmə  mənşəli proseslərdə sidik kisəsinin qiymətləndirilməsi
  • Sidik sisteminin zədələnmələri
  • Hipertoniya səbəblərinin araşdırılması və s.