Öd kisəsi polipləri

Öd kisəsi polipləri

Öd kisəsi polipləri bəzən öd kisəsi daşları ilə səhv salınır.Onları differensiasiya etmək üçün xəstənin pozisiyasını dəyişmək kifayət edir.Daşlar hərəkətli, poliplər isə öd kisəsi divarından qaynaqlandıgı üçün hərəkətsiz qalır.Öd kisəsi poliplərinin bir neçə növü mövcuddur. Xolesterol , adenomatoz, inflamatoz poliplər. 1. Ən çox rast gəlinən tipi-xolesterol polipləridir, bunlar adətən böyük ölçüyə çatmırlar, xoş xassəlidilər.Öd kisəsi divarının selikli qişasından inkişaf edirlər. Aşkarlandıqda pacientə məsləhət 6 aydan sonra kontrol müayinəyə gəlməsidir.Əgər ölçüdə və polipin sayında dinamik artım yoxsa, xəstəni 1 ildən sonra müayinəyə çagırırıq.Ümumiyyətlə 10mm-dən kiçik poliplər əməliyyata göstəriş deyillər, və adətən xoş xassəlidirlər.Poliplərin bəd xassəli olma riskini artıran faktorlar-60 dan yuxarı yaş qrupu, polipin tək olması, paralel olaraq öddə daşın olması,ultrasəs müayinəsində polipin ölçüsünün sürətlə artması, ayaqcıgının olmaması və s.Həmçinin doppler ultrasonoqrafidə, axın sürətinin 20-sm/san yüksək olması və rezistiv indeksin –0.65-dən aşagı olması bəd xassəliyi düşündürür.