Pediatriya

Qəbula yazılmaq

Pediatriya (yunanca “paidos”–uşaq “treia”-müalicə )- uşaq orqanizminin anatomiya və fiziologiyasını öyrənən,uşaqlıq dövrünün xəstəliklərinin səbəblərini və mexanizmlərini nəzərdən keçirən və onların müalicəsi üçün metodlar hazırlayan tibbin bir bölmədisidir.
HAYAT CLİNİC-də pediatrlarımız müasir müayinə üsulları vasitəsi ilə xəstəlikləri erkən mərhələdə müəyyən edir və onların effektiv profilaktikasını və müalicəsini aparır.
HAYAT CLİNİC- də yaş və cinsiyyət fərqliliyini nəzərə alaraq standart Chek-up proqramları həyata keçirilir.
Uşaqlara Səhiyyə Nazirliyinin təsdiq olunmuş peyvənd proqramına müvafiq qaydada hayata kecirilir.
Körpələrdən qan analizi almaq üçün sırf poliklinikamıza xidmət verən qan alma otağı və bu iş üçün yetişdirilmiş xüsusi tibb bacısı fəaliyyət göstərir.Vaxtı vaxtında bütün lazımlı müayinələr aparılır.
Poliklinikamızın qısa müddətli təqib və müalicə üçün ayrılmış müşahidə otağında həkim təyinatına əsasən uşaqlara nəzarət və müalicə proseduraları həyata kecirilir. Poliklinik xidmət randevu əsasında verilir.

Eyni zamanda HAYAT CLİNİC-in fizioterapiya şöbəsində uşaqlar üçün xüsusi fəaliyyət göstərən otaqlar mövcuddur.Bu otaqlarda hidrokinezoterapiya (su hovuzunda müalicəvi qimnastika), uşaqlar üçün nəzərdə tutulmuş müalicəvi idman,massaj,autizmdən əziyyət çəkən uşaqlar üçün mikropolyərizasiya vasitəsi ilə müalicə və digər xidmətlərimizdəndə yararlana bilərsiz.
Sağlam həyata HAYAT-la başlayın!