Məzahir Quliyev

Otorinolarinqoloq

Dr. MƏZAHİR QULİYEV – Həkim Otorinolarinqoloq

Tibb Elmləri Üzrə Fəlsəfə Doktoru

Təhsili:

1993-2000  Azərbaycan Tibb Universiteti, Müalicə işi fakültəsi.

2000-2001  F. Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanası, Qulaq-burun-boğaz xəstəlikləri şöbəsi, İnternatura

2011  AlmaniyanınHerford, Münxen və Shtutqart şəhər klinikalarında 3 aylıq Qulaq-burun-boğaz və Plastik cərrahiyə sahəsində elmi-praktiki təcrübə

2014  “22 th STUTTGART Advanced Course for Funktional and Aesthetic Rhinoplasty” kurs, Almaniya

İŞ TƏCRÜBƏSİ:

2002-2003  2 saylı Bakı şəhər Poliklinikas, Qulaq-burun-boğaz həkimi

2002-2016 Akad.M.Mirqasımov adına RKX Otorinolarinqologiya şöbəsi, Qulaq-burun-boğaz həkimi

2016- indiyə kimi  Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirməİnstitutu Otorinolarinqologiya kafedrasının assistentti.

Müxtəlif zamanlarda Türkiyə, Rusiya, İtaliya və Almaniyanın bir çox məhşur klinikalarında Qulaq, Burun, Boğaz ixtisası üzrə, eləcə də Mikroendoskopik cərrahiyyə və Lazer cərrahiyyəsi, Funksional və Estetik cərrahiyyə üzrə elmi-praktik təcrübə keçmişdir.

Türk Kulak Burun Bogaz və Baş Boyun Cərrahiyəsi dərnəyinin, Türk Fassial Plastik Cərrahiyə dərnəyinin, Türk Rinoloji dərnəyinin, Avropa Fassial Plastik cərrahiyə dərnəyinin üzvüdür.

Əsas elmi və tibbi fəaliyyəti Buun və Burun ətrafı ciblərin patologiyaları, Funksional Endoskopik sinus cərrahiyyəsi, Rinoplastika əməliyyatları, həmçinin kəskin və xroniki qulaq-burun-boğaz xəstəliklərinin etiopatogenezi, müasir müayinə və müalicə üsullarının araşdırılmasına həsr olunmuşdur.

10 fevral 2016-cı il tarixdə Azərbaycan respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyası tərəfindən Tibb Üzrə Fəlsəfə doktoru alimlik dərəcəsi verilmişdir. 4 Patentin müəllifidir.

Apardığı tədqiqatların nəticələri bir çox beynəlxalq və yerli elmi konfransda məruzəçi kimi çıxış etmişdir. Yerli və beynəlxalq elmi jurnallarda çap edilmiş 20-yə yaxın elmi çap işinin müəllifidir. 2018-ci ildə Azərbaycanda beynəlxalq iştirakçılarla təşkil edilmiş ilk Bakı Rinoplastika Günləri (Baku Rhinoplasty days) konfransının təşkilat komitəsinin üzvü, eləcə də konfransda iclas sədri olmuşdur. Azərbaycan Rinoloqlar cəmiyyətinin sədridir.