Pərviz Niftiyev

Kardioloq

Dr. Pərviz Niftiyev – Kardioloq

1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakultəsində ali-tibbi təhsil alıb. 2002-ci ildə Akad. C. M. Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda internatura keçib, kardioloq ixtisası alıb.

2004-2017-ci illərdə Akad. C. M. Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda Anesteziologiya-Reanimasiya şöbəsinin kardioloqu, 2017-ci ildən elmi işçi vəzifəsindədir.

2010-cu ildə Türkiyə Cumhuriyəti, Ərzurum Atatürk Universiteti, Tibb fakultəsi, Kardioloji bölümünün kardioloji klinikasında, kardioloji reanimasiya şöbəsində, exokardioqrafiya və invaziv kardiologiya laboratoriyalarında “Non-invaziv və invaziv kardiologiya”, 2018-ci ildə Türkiyə Cumhuriyəti, Ərzurum Atatürk Universiteti, Tibb fakultəsi, Kardioloji bölümü, Ürək mərkəzi, Koronar angioqrafiya laboratoriyasında “İnvaziv kardiologiya” praktik kurslarını keçib.

2018-ci ildə Türkiyə Cumhuriyəti, Sağlık Bakanlığı, Sağlık Bilimləri Universiteti, Antalya Eğitim Araştirma Xəstəxanası, Kardioloji klinikası, Angioqrafiya laboratoriyasında koronar angioqrafiya və angioplastika əməliyyatlarına qatılaraq bu sahədə bilik və təcrübəsini artırmışdır.

2011-ci ildən özəl səhiyyə sektorunda fəaliyyət göstərir.

Azərbaycan Kardiologiya Cəmiyyətinin və Avropa Kardiologiya Cəmiyyətinin üzvü, 2018-ci ildən Azərbaycan Kardiologiya Cəmiyyəti “Hamiləlikdə ürək xəstəlikləri” işçi qrupunun rəhbəridir.