Elektro ensefaloqrafiya(EEQ)

Elektro ensefaloqrafiya(EEQ)

-baş beyinin funksional fəaliyyətinin bioelelektrik aktivliklərinin qeydiyyatının qeyri-invaziv müayinə üsuludur.

EEQ- həssas müayinə olub, beyin qabığının və dərin beyin strukturlarının fəaliyyətinin ən həssas dəyişikliklərini qeydə almağa imkan verir.Bu müayinə baş beyində millisaniyələr ərzində baş verən dəyişiklikləri qeydə almaq imkanına malikdir.

Elektroensefaloqramma baş beyinin funksional fəaliyyətinin və qıcıqlara qarşı olan reaksiyalarının kəmiyyət və keyfiyyət baxımından təhlilini mümkün edir.EEQ müayinəsi diaqnostika və müalicə məqsədilə (xüsusən epilepsiya xəstəliyində), həmçinin baş beyinin qavrama, yaddaş, adaptasiya və s. kimi fəaliyyətlərinin öyrənilməsində geniş istifadə edilir.

Standart(rutin) EEQ müayinəsi 20-30 dəqiqə müddətində davam edir.19 ədəd elektrod Beynəlxalq 10-20 sistemi üzrə başın üzərinə yapışdırılır. Körpüvari,”qaşıq tipli” elektrodlardan istifadə edilə bilər.Son illərdə artıq elektrodların hazır yerlərinin mövcud olduğu xüsusi papaqlardan istifadə edilməyə başlanıb.Bu papaqlar müxtəlif ölçüdə olub,hər pasiyentə uyğun olan ölçüsü seçilir.Bir çox hallarda əlavə olaraq ürəyin fəaliyyətini izləmək məqsədi ilə EKQ-qeydiyyat elektrodalar da yerləşdirilir.

Müayinənin əsas hissəsində pasiyent rahatlanmış oyanıqlıq vəziyyətində olur (pasiyent ya oturaraq, ya da uzanaraq gözlərini yumur).Müayinənin gedişatı zamanı müxtəlif funksional sınaqlar icra edilir:gözlərin yumulub-açılması, müxtəlif tezlikli ritmiki fotostimulyasiya (hər fotostimulyasiyada 5 saniyə olmaqla gözlər yumulur, ya da açılır),hiperventilyasiya (3-5 dəqiqə ərzində dərindən, tez-tez nəfəsalma).

Müayinə bitdikdən sonra həkim EEQ-ni təhlil edib,nəticə yazır.Təhlil zamanı əldə edilən ritmlərin parametrləri ölçülür, yaşa uyğunluğu təyin edilir və funksional sınaqlar zamanı yaranan dəyişikliklərə diqqət yetirilir.Patoloji ritmlər aşkar olunduqda onların xüsusiyyətləri:ritmlərin epileptiform olması,daimi və ya keçici olması, lokal və ya yayılmış olması ətraflı təsvir eilməlidirlər.

Əldə edilən nəticəyə əsasən həkim təkrar müayinə və ya başqa bir müayinə tövsiyyə edə bilər,məs: Video-EEQ və s.

Video-EEQ monitorinq müayinəsi zamanı uzun müddətli EEQ yazı ilə yanaşı pasiyentin hərəkət və davranış aktivliklərinin video və audio çəkilişi də icra olunur.