ENMQ

ENMQ

ENMQ – sinir sistemini funksional cəhətdən dəyərləndirməyə imkan
verən elektrik impulslarının rəqəmsal ölçülməsi metodudur.
Bu metodların tətbiqində 2 məqsəd vardır:
Sinirin zədələnmə nahiyyəsini,ağırlıq dərəcəsini dəqiqləşdirmək
və diaqnozu tam formalaşdırmaq.
Müalicənin tətbiqindən sonra baş verən dəyişiklikləri dəyərləndirmək.
Bu isə öz növbəsində bizə daha düzgün müalicə növünün seçilməsinə
imkan yaradır.

ENMQ-nin üsulları:
Elektroneyroqrafiya (ENQ)– səthi elektrodlar vasitəsilə sinir
impulslarının qeydə alınması.
Elektromioqrafiya (EMQ)– iynə elektrodla sinir-əzələ vahidinin yoxlanması.

ENQ üsulu ilə
– hissi və ya hərəki sinirlərin zədələnməsini
– miyelin qişa və ya aksonun zədələnməsini
– bir və ya bir neçə sinirin zədələnməsini(mono-,polinevropatiya)
– zədələnmənin lokalizasiyasını müəyyənləşdirmək olar.
ENQ aşağıdakı xəstəliklərdə tətbiq edilir:
– mono-,polineyropatiyalar
– radikulopatiyalar,pleksopatiyalar
– tunel sindromları(karpal tunel,kubital tunel,peroneal sinirin sıxılması)
– periferik sinir travmaları

EMQ üsulu
– periferik motoneyronun və ya periferik sinirin zədələnməsi
– denervasyon göstəricilərinin dəyərləndirilməsi
– əzələnin nə dərəcədə qorunub saxlandığını
– prosesin kəskin və ya xronikiliyini təsdiq edir.

Bu metoddan aşağdakı xəstəliklərin diaqnostikasında istifadə edilir:
– Miyopatiya,miyotonik distrofiyalar,polimiozit.
– Yan amiyotrofik skleroz,boyun miyelopatiyası,spinal amiyotrofiya
– Poliyomiyelit,post-polio sindromu
– Onurğa sütunu disk yırtığı,radikulopatiya
– Sinir travması