“EOL” Maqnitoterapevtik qurğusu (Maqnitturbotron)

“EOL” Maqnitoterapevtik qurğusu (Maqnitturbotron)

Bu  qurğu  bütünlüklə   insan  bədəninin  ətrafında  hərəkət  edən  maqnit  sahəsi  yaradır.Ümumi  maqnitterapiya (ÜMT)—orqanizmin  bütün  sistemlərinə (sinir, endokrin, ürək-damar, limfa,  maddələr  mübadiləsinə  və  s.)   eyni  zamanda  təsir  etmək  imkanına  malikdir.  Bütün  bədənlə  təmas  edən  prosedurlar  zamanı  (palçıq  applikasiyaları,vannalar  və  s.) toxumalara  müalicəvi  təsir  dəri  ilə  ötürülür,  ÜMT  tətbiqi  zamanı  isə  təsir  bütövlüklə  olur. Bu zaman  əhval-ruhiyyə  yaxşılaşır, orqanizmin  mənfi  faktorlara  dözümlülüyü    və  kompensator  qabiliyyəti  artır.Qurğunun  iş  prinsipi  insan  bədənində  burulğan  sahələrinin  yaradılmasından  ibarətdir. Nəticədə  qan  dövranı  güclənir, mübadilə  prosesləri  sürətlənir, enerji  mübadiləsi  yaxşılaşır. Həmçinin  bu  qurğunun  ən  böyük  üstünlüyü  bütün  bədən səthi  boyunca  dərin  toxumalar  və  orqanlara  nüfuz  etmək  mümkündür.Əlavə  olaraq  maqnittirbotron  asanlıqla  proqramlaşdırıla  bilər  və  istənilən  an  dəyişikliklər  etmək  mümkündür.

Göstərişlər:

Dayaq-hərəkət aparatının funksional  pozğunluqları(onurğanın  osteoxondrozu, revmatoid  artrit, deformasiyaedici  osteoartroz, artritlər,  əzilmələr,  epikondilyoz)
Psixosomatik pozulmalar (xroniki  yorğunluq  sindromu, veqetativ-damar  distoniyası, depresssiv  və  astenik  vəziyyətlər, nevrozlar)
Nevrologiya (baş və  onurğa  beynin  travma  və  qan  dövranı  pozulmalarının  nəticələri, dissirkulyator  ensefalopatiya,  kəllə  və  periferik  sinirlərin  nevropatiyası, epilepsiya, neyroinfeksiyaların  fəsadları, arterial hipertenziya, obliterəedici endoartritlər, damarların  aterosklerozu, xroniki  venoz  çatmamazlıq, trofiki  pozulmalar, hemorroylar, birincili  və  qazanılmış  limfostaz)
Həzm traktı  üzvlərinin  xəstəlikləri: mədə  və  12 barmaq bağırsaq xoralarının  ağırlaşmamış  formaları, qastritlər, xolesistitlər, pankreatitlər,enterokolitlər,mədə-bağırsaq  əməliyyatlarından  3-4 həftə  sonra
Tənəffüs sistemi  xəstəlikləri: dayanıqlı  pnevmoniya, bronxial astma, ağciyərlərin vərəmi,  kəskin  və  xroniki  bronxit, sinusit, faringit, tonzillit, KRX
Endokrinologiya: şəkərli diabet  və  onun  ağırlaşmaları
Sidik-cinsiyyət sistemi: daş xəstəliyi, pielonefrit, prostatit, prostat vəzin adenoması, kəskin  və  xroniki  adneksitlər, salpinqooforit, 12 həftəlik hamileliye  uyğun
İmmunçatmamazlıq halı
Onkoloji xəstəliklər:
Qeyr-operabl şişlər,  bədxassəli  şişin  residivi  və  metastazları
Əməliyyatönü mərhələdə  yayılmış  süd  vəzi  xərçəngi
Süd vəzi  və  digər  orqanların  bədxassəli  şişlərinin  əməliyyatdansonrakı  mərhələsi
Limfomalar,limfostazlar
Qeyri-operabl şişlərdə  ağrı  sindromu
Mastopatiyalar