Fizioterapiya

Fizioterapiya

HAYAT CLINIC Qafqazda unikal  fizioterapevtik komplekslərlə  təchiz  olunmuş    yeganə  müalicə  mərkəzidir.

HAYAT CLINIC  fizioterapiya  şöbəsi innovasion  texnologiyalarla  rahatlığın  birləşdiyi  bir  məkandır.Bu  şöbədə  müxtəlif  xəstəliklər  zamanı  geniş  istifadəyə  yararlı  ən  müasir  xüsusiyyətlərə  malik  elektroterapiya,maqnit,lazer,zərbə-dalğa  terapiyası,istilik  prosedurları,hidroterapiya  və  sairə  müalicə  üsulları  tətbiq  olunur.

Bəzi  prosedurlar  haqqında  geniş  məlumat  təqdim  edirik:

  • VACUMED-interval vakkumla  müalicə  aparatıVACUMED- interval vakkumla  müalicə  aparatı NASA-nın  qabaqcıl  texnologiyaları  əsasında tərtib  edilmiş  yenilik  olub,  ətrafların  damarlarının  xəstəlikləri  zamanı  istifadə  edilir.VACUMED-cihazının  iş  prinsipi  aşağı  ətraflara   və  qarın  nahiyyəsinə  mənfi  atmosfer  təzyiqinin  dəyişkən  təsirinə  əsaslanır.Mənfi  təzyiqin  təsiri  altında  kapilyarlar  genişlənir  və  işlək  kapilyarların  sayı  artır. Nəticədə  toxumalarda  qanın  perfuziyası  artdığı  üçün  hüceyrələr  oksigenlə  və  qidalı  maddələrlə  zənginləşir. Hətta  qan  təchizatı  çox  zəif  olan və  işemiyalı  toxumalar  belə  öz  həyat  fəaliyyətini  aktivləşdirərək  bərpa  olunurlar.Normal  atmosfer  təzyiqi  altında  venoz  qan  və  limfanın   damarlarda  axını  güclənərək  limfodrenaj  güclənir ki, bu  da  öz  növbəsində  metobolizm  məhsullarının  sürətli  xaric  edilməsini  təmin  edir. (maddələr  mübadiləsi  aktivləşir)VACUMED-interval vakkumla  müalicə  aparatı-aşağı  və  yuxarı  ətrafların  qan  dövranının  bərpasında  çox  effektivdir.İnterval  vakkumla  müalicə- uzunömürlülüyün  təminatçısıdır!

İnterval  vakkumla  müalicəyə  göstərişlər:

  • Periferik arteriyaların okkluziyası(tıxanması)
  • Anqiolologiya
  • Xroniki venoz  çatmamazlıq
  • Trofiki və  digər mənşəli  yaralar
  • Damar xəstəliklərinin  və  trombozların  profilaktikası,damarların  gücləndirilməsi.
  • Limfostaz
  • Aəağı ətraf  əzələləırinin  atrofiyası  və  ya  hipotrofiyası
  • Travmatologiya və  ortopediya
  • Əməliyyatdan sonra  bərpa  dövrü
  • Dermatozlatr
  • Urologiya
  • Orqanizmin detoksikasiyası
  • Diabetik pəncə
  • Sellülit

VACUMED – interval vakkumla  müalicə  aparatının  effektivliliyi:

  • Mikrosirkulyasiyanın yaxşılaşdırılması  və  bərpası-spazm olunmuş,mənfəzi  tıxanmış  kapilyarların  genişlənməsi,toxumaların  oksigenlə  zənginləşməsi.
  • Limfodrenaj—limfa dövranının sürətlənməsi,hüceyrə  səviyyəsində
  • Metobolizmin sürətlənməsi—piy  toxumasının  metobolizminin  yaxşılaşması, maddələr  mübadiləsinin  sürətlənməsi, toxumalarda  oksigenin miqdarının  artması.
  • Birləşdirici toxuma  strukturunun  bərpası—hüceyrə  pH-nın  qələviləşməsi,  proteolitik  və  digər  fermentlərin ,həmçinin kollaqenazanın   aktivliklərinin artması;

Kollagen  və  elastinin  aktiv  regenerasiyası—dərinin, damar  divarlarının, oynaq  bağlarının ,əzələ  toxumasının  möhkəmliyinin  və  elastikliyinin  bər

  • HİLT-terapiya

HİLT  terapiya-  patentləşmiş  lazer  impulslarının əsasında lazer  terapiyasının xüsusi  işlənmiş  üsulu  olub, dərin  toxumaların  patologiyalarının , onurğa  problemlərinin  müalicəsində  istifadə  edilir.Bu  cür  patologiyalar  travmalar,   güclü  fiziki  təsir  və  sairə  nəticəsində  yaranır.

HİLT-terapiya  aparatı  qısa  müddətdə  təsir  edən çox  güclü  lazer  impulsu  yaradır. Nəticədə  lazer  şüası  səthi  toxumaları  isitmədən  dərin  toxumalara  nüfuz  edir.  Müvafiq  olaraq  bu  müalicə  üsulunda  istilik  zədələnməsi  istisnadır.

HİLT-terapiyanın  digər  üstün  cəhəti  yüksək  effektivliyin  əldə  edilməsidir.Bu  üsul  vasitəsilə  ağrı  tez  aradan  qaldırıldığı  üçün  reabilitasiyanı  davam  etdirmək  mümkündür.

Həmçinin  HİLT-terapiya  orqanizmin  daxili  bioliji  proseslərini  sürətləndirir,qanın  mikrosirkulyasiyasını,limfodrenajı  yaxşılaşdırır, toxumaların  bərpasına  səbəb  olur.

HİLT-terapiyaya  göstərişlər:

  • Oynaq xəstəlikləri (artritlər, artrozlar, bursitlər  və s.)
  • Travmalar və  posttravmatik  zədələnmələr
  • Qığırdaq toxumasının  iltihabi prosesləri
  • Onurğanın osteoxondrozu
  • Fəqərəarası disk  yırtığının lazerlə  müalicəsi

HİLT-terapiyanın  faydaları  nedir?

  • Onurğa yırtıqlarının  kiçildilməsi
  • Osteoxondrozun yüngülləşdirilməsi
  • Xroniki radikulitin  müalicəsi
  • Artrozlar və  digər  oynaq  xəstəlikləri  zamanı oynağın  vəziyyətinin  yaxşılaşdırılması
  • Onurğanın sinir  kökcüklərinin  sıxılması  nəticəsində  yaranan kəskin  ağrının  aradan  qaldırılması
  • Zədələnmiş dərin  toxumaların  reabilitasiyası -məs:sınıqlar,bağ  qopuğu,əzələ zədələnməsi  və s.
  • Zərbə-dalğa  terapiya – dayaq-hərəkət  sisteminin  müasir  və  effektiv  müalicə  üsuluidur. Bu  unikal  müalicə  üsulu  səs   dalğalarının  tibbi  məqsədlə  istifadəsinə  əsaslanır.Müalicə  proseduru  çox  aşağı  tezlikli (eşidilməyəcək  dərəcədə) səs  dalğaları (akustik  dalğalar) yaradan  xüsusi  cihaz  vasitəsilə  aparılır.Cihazın  təmas  etdiyi  nahiyyədə  bu  akustik  dalğalar  toxumalarla  yayılaraq  sümüyə  qədər  hərəkət  edir.Bu  müalicə  üsulu  öz  sadəliyinə  və  effektivliyinə  görə  geniş  istifadə  edilir.Prosedur  zamanı  artıq  pasiyent  aşağıdakıları  qeyd  edir:
    1. Cihazın təmas  nahiyyəsində  qan  axınının  artması
    2. Ağrının aradan  qalxması
    3. Əhvalın yaxşılaşması

Bu  prosedur  sadə  olduğu  üçün  xüsusi  hazırlıq  tələb  etmir.Ən  önəmli  cəhət-artıq  ilk  seansdan  pasiyentin  əhval-ruhiyyəsinin  yaxşılaşmasıdır.Zərbə-dalğa  terapiyası  əsasən  dayaq-hərəkət  sisteminin  xəstəliklərində  tətbiq  edilir.

Zərbə-dalğa  terapiyasına  göstərişlər:

  • Daban mahmızı və ya  pəncə  fassiti
  • Epikondilit
  • Osteoxondroz, osteoartroz
  • Axillodiniya
  • Tendinoz, bursit, sinovit, liqamentoz
  • Çiyin-kürək periartropatiyası
  • Koksiqodiniya
  • Əzələ-tonik sindrom
  • Siniqların gec  bitişməsi
  • Yalançı oynaqlar
  • Travmadan,endoprotezdən sonra  ağrılar  zamanı
  • Yastıayaqlıq

Zərbə-dalğa  terapiyasının  faydaları:

  • Təmas nahiyyəsində  qan  dövranının  artması
  • Ca çöküntülərinin  parçalanması  və  sorulması  (vətərin  daxilində  və  ətrafında )
  • İltihabın azaldılması
  • Ağrının azalması
  • Toxuma dözümlülüyünün  artırılması

“EOL” Maqnitoterapevtik qurğusu (Maqnitturbotron)Bu  qurğu  bütünlüklə   insan  bədəninin  ətrafında  hərəkət  edən  maqnit  sahəsi  yaradır.Ümumi  maqnitterapiya (ÜMT)—orqanizmin  bütün  sistemlərinə (sinir, endokrin, ürək-damar, limfa,  maddələr  mübadiləsinə  və  s.)   eyni  zamanda  təsir  etmək  imkanına  malikdir.  Bütün  bədənlə  təmas  edən  prosedurlar  zamanı  (palçıq  applikasiyaları,vannalar  və  s.) toxumalara  müalicəvi  təsir  dəri  ilə  ötürülür,  ÜMT  tətbiqi  zamanı  isə  təsir  bütövlüklə  olur. Bu zaman  əhval-ruhiyyə  yaxşılaşır, orqanizmin  mənfi  faktorlara  dözümlülüyü    və  kompensator  qabiliyyəti  artır.Qurğunun  iş  prinsipi  insan  bədənində  burulğan  sahələrinin  yaradılmasından  ibarətdir. Nəticədə  qan  dövranı  güclənir, mübadilə  prosesləri  sürətlənir, enerji  mübadiləsi  yaxşılaşır. Həmçinin  bu  qurğunun  ən  böyük  üstünlüyü  bütün  bədən səthi  boyunca  dərin  toxumalar  və  orqanlara  nüfuz  etmək  mümkündür.Əlavə  olaraq  maqnittirbotron  asanlıqla  proqramlaşdırıla  bilər  və  istənilən  an  dəyişikliklər  etmək  mümkündür.

Göstərişlər:

  • Dayaq-hərəkət aparatının funksional  pozğunluqları(onurğanın  osteoxondrozu, revmatoid  artrit, deformasiyaedici  osteoartroz, artritlər,  əzilmələr,  epikondilyoz)
  • Psixosomatik pozulmalar (xroniki  yorğunluq  sindromu, veqetativ-damar  distoniyası, depresssiv  və  astenik  vəziyyətlər, nevrozlar)
  • Nevrologiya (baş və  onurğa  beynin  travma  və  qan  dövranı  pozulmalarının  nəticələri, dissirkulyator  ensefalopatiya,  kəllə  və  periferik  sinirlərin  nevropatiyası, epilepsiya, neyroinfeksiyaların  fəsadları, arterial hipertenziya, obliterəedici endoartritlər, damarların  aterosklerozu, xroniki  venoz  çatmamazlıq, trofiki  pozulmalar, hemorroylar, birincili  və  qazanılmış  limfostaz)
  • Həzm traktı  üzvlərinin  xəstəlikləri: mədə  və  12 barmaq bağırsaq xoralarının  ağırlaşmamış  formaları, qastritlər, xolesistitlər, pankreatitlər,enterokolitlər,mədə-bağırsaq  əməliyyatlarından  3-4 həftə  sonra
  • Tənəffüs sistemi  xəstəlikləri: dayanıqlı  pnevmoniya, bronxial astma, ağciyərlərin vərəmi,  kəskin  və  xroniki  bronxit, sinusit, faringit, tonzillit, KRX
  • Endokrinologiya: şəkərli diabet  və  onun  ağırlaşmaları
  • Sidik-cinsiyyət sistemi: daş xəstəliyi, pielonefrit, prostatit, prostat vəzin adenoması, kəskin  və  xroniki  adneksitlər, salpinqooforit, 12 həftəlik hamileliye  uyğun
  • İmmunçatmamazlıq halı
  • Onkoloji xəstəliklər:
  1. Qeyr-operabl şişlər,  bədxassəli  şişin  residivi  və  metastazları
  2. Əməliyyatönü mərhələdə  yayılmış  süd  vəzi  xərçəngi
  3. Süd vəzi  və  digər  orqanların  bədxassəli  şişlərinin  əməliyyatdansonrakı  mərhələsi
  4. Limfomalar,limfostazlar
  5. Qeyri-operabl şişlərdə  ağrı  sindromu
  6. Mastopatiyalar

HITOP-yüksəktonlu  terapiya  (HiTop)Elektroterapiyanın  inkışafında  yenı  yeni  istiqamətdir.Yüksəktezlikli  (4-32 kHz) dəyişkən  elektrik  cərəyanının  istifadəsi  nəticəsində  hüceyrə  daxilində  yaranan  rezonans  orqanizmin  sürətli  detoksikasiyasına  və  cavanlaşmasına,  maddələr  mübadiləsinin  sürətlənməsinə  və  enerji  istehsalına  səbəb  olur.Hüceyrə  səviyyəsində  bu  effekt  özünü  ödemin,  iltihabın  azalması, toxumaların  sürətli  bərpası  və  ən  əsası  hətta  ilk  seansdan  belə   ağrının  azalması  ilə  biruzə  verir.Yüksəktonlu  terapiya  ağrıların, xüsusilə  xroniki  və  çətin sağalan  ağrıların  müalicəsində  hətta  farmokoloji  preparatlardan  belə  daha  təsirlidir.Həmçinin  yüksəktonlu  müalicə  üsulu orqanizmin  həddən  artıq  yüklənmələrə,  stresslərə  və  xroniki  xəstəliklərə  qarşı  dözümlülüyünü  artırmağa  və  stabil  saxlamağa  imkan  verir.

Göstərişlər:

Bu  müalicə  üsulunun  tətbiq  edilə  biləcəyi  spektr  çox  genişdir:dayaq-hərəkət  sistemi  xəstəlikləri, idman  təbabəti, nevrologiya, travmatologiya, dermatologiya, ginekologiya, urologiya, daxili  xəstəliklər, psixiatriya.

Piylənmə  və  sellülitin  müalicəsində  müsbət  effekt  əldə  edilmışdir.

  • Ortopediya,travmatologiya, cərrahiyyə (osteoxondroz, artroz, bursitlər, dartılmalar, siniqlar, periartritlər, xondropatiyalar, əməliyyatdansonrakı mərhələ)
  • Nevrologiya (üçlü sinirin  nevralgiyası, miqren ,amiotrofik  yan  skleroz,  vazomator  baş  ağrıları, mialgiyalar, enurez)
  • Urologiya, Ginekologiya ( xroniki  adneksit,  dismenoreya, xroniki sistit  və  s.)
  • Angiologiya və daxili  orqanların  xəstəlikləri (arterial  hpertoniya, diabetik angiopatiya, xroniki  venoz  çatmamazlıq,  yataq  yaraları, trofiki  yaralar, piylənmə, qəbizlik)
  • Psixiatriya (depressiyalar, fobiyalar, kəsilmə sindromu)
  • Dermatologiya (neyrodermitlər, psoriaz)
  • LOR xəstəlikləri (xroniki  laringit, xroniki otit, xroniki  haymorit)
  • Stomatologiya (ödemi aradan  qaldırmaq üçün  və  regenerasiyanı  sürətləndirmək  üçün  əməliyyatdan  sonrakı  müalicə)
  • Bizim  şöbədə  həmçinin  klassik  elektroterapiya,  ultrasə terapiya,  ultrayüksək tezlikli  terapiya,  krioterapiya (Fricostream)
  • Dərin  ossilyasiya,limfodrenaj(Pressomed, Limpha Vision) venoz  və  limfa  sisteminin  elektrostimulyasiyası  prosedurları  icra  edilir.Yanaşı  olaraq  VOCASTİM  aparatı  vasitəsilə otolarinqoloji  və  nitq  pozulmalarının  diaqnostikası  elektrostimulyasiyası  və  müalicəyə  nəzarət  aparılır.
  • Dayaq – hərəkət  sisteminin  zədələnmələri zamanı  reabilitasiya məqsədi  ilə  oynaqların  passiv  və  aktiv  işlədilməsini  təmin  edən Artromot cihazlarından  istifadə  edilir.
  • Böyüklərə,  uşaqlara  və  körpələrə  nəzərdə  tutulmuş  neyroreabilitasiya  proqramına  aşağıdakılar  daxildir:transkranial  və  transvertebral mikropolyarizasiya (Polaris),transkranial  maqnitoterapiya,  hədsiz  yüksəktezlikli  terapiya.
  • Şöbəmizdə  həmçinin  müalicəvi-gücləndirici  prosedurlar da  nəzərdə  tutulub:
  • Xromoterapiya, Musiqiterapiyası, Şarko  duşu,  yağış  duşu,  Kneyp  üsulu  ilə  yuyunma
  • DAVID – Kompleks trenajorları

  • Bel ağrısı – böyük şəhərlərin hər sakini tez-tez rastlaşdığı haldır. Biz çox vaxt sükan arxasında, kompüter qarşısında keçirərək az hərəkət edirik və bədən tərbiyəsinə vaxt ayırmırıq. Bugünkü problem isə bel ağrıları “epidemiyası”. Təəccüblənməyə dəyməz, çünki müasir həyat tərzi, ofis işi, kompüterləşdirmə, ən yaxşı dostlarımız televizor və divan olduqda və mükəmməl fiziki yükün olmaması onurğaya pis təsir edir. Bu səbəbdən skolioz, qamətin pozulması, belin bərk bükülməsi, lümbaqo, radikulit, bel əzələlərinin yüksək yorulması kimi və bir sıra digər daxili xəstəliklər əmələ gəlir. Nəticədə səhv duruş və bəzi fəqərələrin düzgün işləməməsi ucbatından bronxial təngnəfəslik, xora, hipertoniya, ürək ahənginin pozulması, baş ağrıları, radikulit, nevralgiya, məyusluq və tez yorulma kimi xəstəliklər əmələ gəlir. Bu kifayət qədər ciddi səbəblər onurğamız vəziyyəti haqqında düşünmək və məşğələlərə başlamaq üçün bir amildir. Lakin idmanla müntəzəm məşğul olan insanlar belə bel ağrısından əziyyət çəkir və onurğa ilə bağlı müxtəlif problemlərlə rastlaşırlar. Adətən ağrılar onurğanın boyun və yaxud bel qurşağı hissələrində əmələ gəlir. Bu ona görədir ki, adi trenajorlar yükü bel əzələlərinə qeyri-bərabər bölüşdürür və onurğanı saxlayan dərin əzələlərə heç təsir göstərmiri. Buna görə də zamanla insanda fəqərəarası dəbbəliklər və yırtıqları formalaşır. Sadəlöhv fikirdir ki, bel ağrılarımızı müalicə etməyə yalnız ovucular və sınıqçılar kömək edə bilərlər, halbuki yeganə yol odur ki, onurğa və qarın əzələlərinin möhkəmləndirilməsi gerçək və uzunmüddətli təsir göstərə bilər. Yuxarıda sadaladıqlarımızın qarşısını almaq və uzunmüddətli təsiri əldə etmək üçün alman alimləri tərəfindən DAVİD adlanan müalicə trenajorlarının xüsusi kompleksi hazırlanmışdır.

DAVID» – onurğanın hər hissəsi işlənməsi üçün hazırlanmış xüsusi trenajorların kompleksidir. Bu kompekslə yanaşı diaqnostika (dərin xırda əzələlərin gücü və onurğa hissələrinin çevikliyi ölcülür) köməkedici kompüter proqramı ilə təmin olunur. Analizin nəticələri onurğanın zəif yerlərini dəqiq göstərir və məşq edənlər üçün ibtidai yükü müəyyənləşdirib tam bərpa proqramı təyin etməyə kömək edir. DAVİD texnologiyası təsirinin istiqaməti fəqərələrin təsbitini təmin edən və gərginlik hallarında (yükün qaldırılması, kəskin tormozlanma, gövdənin çevrilməsi, sükan və masa arxasında uzun müddət oturma) maksimal yükə dözən onurğanın dərin xırda əzələlərinə aiddir. Xüsusi proqram üzərində tərtib olunan DAVİD trenajorlarında məşqlər əzələ tənasübsüzlükləri aradan qaldırır və əzələlərin gücünü və işləmə qabiliyyətini çoxaldır və bu gərginlik yükləri hallarında “davamlılıq ehtiyatı”dır.

SINAQDAN KEÇİRMƏ VƏ PROQRAMLARIN SEÇİLMƏSİ

Əvvəlcə onurğa və oynaqların mütləq kömpüter sınağı keçirilir. Nəticələr sınaq məlumatı və xəstələrin müalicə protokolları toplayan və emal edən serverdə qiymətləndirilir. Proqram Sizin göstəricilərin normadan yayınmasını əks etdirən onurğanın (oynaqların) profilini tərtib edəcək. Məlumatınızı saxlamaq məqsədi ilə Siziin plastik vərəqəniz açılacaq. Bərpa məşqləri fərdi olaraq sınaq nəticələri əsasında kompüter proqramı vasitəsi ilə tərtib olunur. Onlar peşəkar bərpa trenajorlarında mütəxəssis rəhbərliyi altında edilən məşğələləri daxil edirlər. Yüklər elə hesablanır ki, Siz ağrılar əmələ gəlmədən təhlükəsizlik və yüksək səmərəlilik təmin olunasınız. Hədəf əzələlərin rahatlanması üçün məşğələlər əlavə olaraq edilir. Kursun axırında sınaq keçiriləcək. Onda Siz öz nailiyyətlərinizi görüb qiymətləndirə biləcəksiniz. Və əsas onları hiss edəcəksiniz! Bərpa proqramı tamamladıqda Sizin mərkəzdə saxlama (profilaktik) məqsədi ilə məşq etməyə imkanınız olacaq. Həftədə 1 dəfə 20-30 dəqiqəlik məşq tövsiyə olunur. Bu nail edilmiş nəticələrin uzun müddət saxlanmasını təmin edəcək.

Bel üçün trenajorlar hansı hallarda zəruridir?

Onurğa osteoxondrozu və osteoporozu.
• Spondiloartroz, diskin yırtığı, spondilyoz
• Onurğanıın boyun hissəsininın qeyri-sabitliyi
• Bel üçün trenajorlardan zədələnməsindən sonra bərpa vasitəsi kimi istifadə olunur.
• Qamətin pozulması və skolioz.
• Miqren və gərginlik baş ağrısı
• Onurğa nahiyəsində aparılmış əməliyyatlardan sonrakı bərpa .
• Müzmin ağrı sindromlarının aradan qaldırılması..