Ginekologiya

Ginekologiya

DİAGNOSTİKA ÜSULLARI

Ginekoloji ultrasəs müayinəsi.

Ultrasəs müayinəsi (USM) qadın xəstəlikləri sahənin əvəzedilməz bir müayinə üsuludur. Çox müxtəlif istifadə sahələri vardır. Həm abdominal (qarından) həm transvaginal (uşaqlıq yolu ilə) edilən ultrasəs tez istifadə edilir.

1 – Abdominal ultrasəs müayinəsi.

Subay xəstələrdə vaginal yol uyğun olmadığı üçün yalnız transabdominal ultrasəs edilər. Bunun üçün xəstənin sidik kisəsi dolu olması lazımdır. Dolu sidik kisəsi akustik bir pəncərə kimi uşaqlıqın və yumurtalıqların daha dəqiq görülməsini təmin edir.

2 – Transvaginal ultrasəs müayinəsi.

Transvaginal ultrasəs müayinədə qadından sidik kisənin tamamilə boşaldılması tələb olunur. Uşaqlıq yolundan daxili orqanlar daha yaxın müayinə olunurlar və alınan görüntülər daha dəqiq olurlar. Yalnız çanaqda olanlar böyük kistalar vaginal ultrasəs müayinədə qeyri-kafi görünə bilərlər və bu vəziyyətdə xəstədə hər 2 üsulla ultrasəs müayinəsi edilə bilər.

Ginekoloji ultrasəs müayinəsi zamanı hansı məlumatları ala biliriz:

1 – Uşaqlıq və uşaqlıq boynu ilə əlaqədar:

– uşaqlıqın ölçüləri və quruluşu, strukturu həcins olub olmadığı qiymətləndirilə bilər.

– myomlar varsa ölçüləri və yerləşmələri təyin oluna bilər.

– endometrium (uşaqlıqın boşluqunda olan selikli qişanın) qiymətləndirilə bilər, qalınlığı ölçülə, polip və polipa oxşar strukturlar varsa bunlar aşkar oluna bilər.

– anadangəlmə olan uşaqlıqın anomaliyaları qiymətləndirilə bilər.

– uşaqlıqin içərisindəki spirali müşahidə, mövqeyi qiymətləndirə.

– uşaqlıqın boynunda olan Naboti kistalar və diger törəmələr görülə bilərlər.

2 – Yumurtalıqlar ilə əlaqədar:

– yumurtalıqların ölçüləri və quruluşu qiymətləndirilə bilər

– yumurtalıqlarda olan kistlerin və törəmələrin ölçüsü, strukturları, içlərini dolduran maye və qatı hissələrin xüsusiyyətləri qiymətləndirilə bilər.

– doppler ultrasəs ilə yumurtalıqlardakı kistlerin qan axın xüsusiyyətləri, xoşxəsəli və yə bədxəsəli olduğu seçkiliyinə köməkçi ola bilər.

– sonsuzluq olan xəstələrdə ovulyasiyanın zamanının yaxınlaşdığı qiymətləndirilə bilər.

3 – Uşaqlıq borular ilə əlaqədar:

– boru hamiləliyin diagnostikasında xüsusilə transvaginal ultrasəs müayinəsi çox qiymətlidir.

– hidrosalpinks (boruların maye ilə dolmuş olması) varlığı müəyyən oluna bilər.

– piyosalpinks (boruların irin ilə dolu olması) varlığı müəyyən oluna bilər.

4 – Çanaq ilə əlaqədar:

– çanaqda yəni qarının uşaqlıq və yumurtalıqların olduğu alt hissəsində olan maye və törəmələr ultrasəs müayinəsi zamanı görülə bilərlər.

– çanaqda olan orqanlardan (uşaqlıq, yumurtalıqlar, bağırsaqlar, borular, sidik kisəsi) inkişaf edən törəmələr izlənilə bilər.

KOLPOSKOPİYA

Kolposkopiya – kolposkop vasitəsi ilə edilən bir müayinədir. Kolposkop – xüsusi cihazdır, müayinə zamanı görüntünü 15-30 dəfə böyüdür. Müayinə zamanı xüsüsi mehlullar (3% sirkə məhlulu, Lugol məhlulu) istifadə olunur. Bu məhlullar uşaqlıq boyunun üzərinə yayilır və sqvamoz epiteliya təsir edir. Normal və patoloji dəyişmiş hüceyrələr ferqli reaksiya verirlər, buna əsasen qeyri-normal (patoloji) sahələr aşkar olunur. Həmçinin prosedur zamanı sitologiya (PAP test) və şübhəli sahələrdən biopsiya edilə bilər.

PAP SMEAR VƏ HPV (papilloma) VİRUSUNUN AŞKARLANMASI.

HPV virusu – 100-dən çox növü olan bir infeksiyadır. HPVin hər növü bədənin genital, perianal nahiyələrdə, əllərdə, ayaq döşəməsində, ağızda ziyillər əmələ gəlməsinə səbəb ola bilər. HPV infeksiyalarının bəzi növləri isə uşaqlıq boynunun xərçənginə səbəb ola bilərlər. Bu virus cinsi əlaqə zamanı ötürülür. HPV infeksiyası ümumiyyətlə xəstədə ziyil və ya başqa bir zədələnməsi olmadığından hiss olunmur. Xəstənin simptomları daşıdığı HPV infeksiyasının növünə görə müxtəliflik göstərə bilər.

Genital ziyillər: kiçik bədən (ve yə çəhrayi) rəngində törəmələrdir, bir çox ziyillərin birlikdə toplanması gül kələm şəklində də görülə bilər. HPV infeksiyasının 6 və 11 tipləri buna səbəb olur. Bu HPV tiplərinin ümumiyyətlə xərçənglə bir əlaqədar yoxdur. Qadınlarda, bu ziyillər tez-tez vulvada, bəzən də anus ətrafında, uşaqlıq yolunun içində və ya uşaqlıqın boynunda görünə bilər. Müəyyən HPV növləri daha ciddi, atipik dəyişikliklərə səbəb ola bilərlər. Bu atipik vəziyyətlər ən çox PAP smear testində ortaya çıxar. Aşağı dərəcəli atipik vəziyətlər ümumiyyətlə müalicəyə ehtiyac qalmadan hüceyrələrin normala dönməsiylə nəticələnər. Yüksək dərəcəli atipik vəziyətlər normala dönməyə çox meyilli deyil və bəziləri uşaqlıq boynunun xərçənginə səbəb ola bilər. Adətən HPV infeksiyasının 16 və 18 tipləri bu növ yüksək dərəcəli atipik vəziyətlərə səbəb olur. Anormal vaginal qanaxmalar (əsasən cinsi əlaqə zamanı) uşaqlıq boynunun xərçənginin əlamətləridir. Demək olar ki, əksər hallarda uşaqlıq boynunun xərçənglərinə HPV virusu səbəb olur.

HPV infeksiyasını vaxtında aşkar etmək üçün qadınlar nizamlı olaraq smear testi etməlidirlər. Smear testi uşaqlıq boynunun xərçənginə çevrilə biləcək bir HPV infeksiyasının ortaya çıxarmanın ən yaxşı yoludur.

Risk faktorları: cinsi partnerlerin bir çox sayı, 20 yaşından gənc cinsi aktiv qadınlar (gənc yaşlardakı qadınların virusa qarşı daha həssas olmaları ola bilər), zəyif immun sistemi olan qadınlar.

HPV infeksiyasının diaqnozu üçün aşağıdakı testlər lazım ola bilər:

  • Vizual müayinə: ziyil və ya zədələnmə aşkar olunur.
  • Geniş kolposkopiya zamanı sirkə həlli testi: həkim uşaqlıq boynunu sirkə həlli ilə tətbiq edir və, nəticədə, HPV infeksiyalı sahələr ağarır.
  • Smear testi: vaginal müayinə zamanı həkim uşaqliq boynundan hüceyrə nümunəsi toplayir və analiz üçün laboratoriyaya göndərir.
  • DNT testi: bu test tip 16 və 18 də daxil olmaq üzrə cəmi 13 yüksək riskli HPV virusunu ortaya çıxara bilər.

Əgər qadının axırıncı PAP-Smear test nəticələri normaldırsa və qadının yaşı 30dan çöx olsa həkim smear testlərə əlavə olaraq HPV DNT istəyə bilər. Hər iki test mənfidirsə qadın sonrakı Smear + DNT testləri 3 il sonra etməlidir. Əgər Smear test mənfi amma DNT testi müsbət olursa həkim xəstəni daha erkən bir tarixdə müayinə etmək istəyə bilər.

HPV infeksiyasının müalicəsi yoxdur. Əksər hallarda immunitet sistemi bədəndə atar və ziyillər müalicəsiz bir şəkildə ortadan qalxar. Daha tez ziyillərdən xilas olmaq üçün bəzi müalicələr mövcuddur. Bunlar HPVin sıxlığını azaltmağa istiqamətlidir amma virusu aradan qaldıra bilməzlər. Məsələn- genital ziyilləriniz ortadan qalxmış olsa belə, cinsi əlaqə ilə partnera hələ virusu yoluxacaq. Genital ziyillərin müalicəsinə trichloroacetic turşusu ilə yandırılması, kriyoterapiya, lazer və radiodalğalar vasitəsilə yandırılma daxildir.

Diagnostik və cerrahi histeroskopiya.

Histeroskopiya – uşaqlıq boşlugunu müayinə etmək üçün bir üsuldur. Histeroskop deyilən bir cihaz bunun üçün istiade olunur. Histeroskop ilə uşaqlığın bir çöx xəstəliklərin diaqnozu qoyulur və müalicəsi edilir. Bu cihaz nədən ibarətdir: yüngül metallik borudan işıq və kamera keçirilir. Həkim uşaqlıq boynunu genişlədir və kameranı uşaqlıqın boşluguna daxil edir. Sonra kameradan gələn görüntü ekrana çixır və həkim ekranda hər şeyi görür. Həmin boru vasitəsilə lazım olan cərrahi alətlər də daxil olunur. Histeroskopiya – xəstəxanada spinal və ya ümumi anesteziya altında edilən kiçik bir əməliyyatdır. Onun iki növü var: diagnostik və cerrahi.

Diaqnostik histeroskopiya – uşaqliqın içindəki bəzi patoloji vəziyətlərin diaqnozu üçün istifadə edilə bilər. Bəzən digər alətlər və texnikalarla də birlikdə istifadə olunur. Diagnostik histeroskopiya üçün göstərişlər: aybaşıdan sonrakı ilk həftədə tətbiq olunur.

1 – Anormal qanaxma – normal aybaşıdan uzun və sancılı qanaxma, aybaşı arası qanaxma və ya menopauza dövründə baş verən qanaxma kimi vəziyyətlərdir. Histeroskopiya sayəsində həkim anormal qanaxmanın səbəbini tapar və lazım olsa biyopsiya edə bilər.

2 – Sonsuzluq. Bəzi vəziyyətlərdə qadın sonsuzluğu uşaqlıq qusuru ilə əlaqədar ola bilər. Məsələn: uşaqlıq daxili arakəsmə (incə bir toxuma uşaqlıq boşluğunu ikiyə bölər). Bu kimi problemlər histeroskopiya zamanı deqiq aşkar oluna bilər.

3 – Təkrarlayən düşüklər. Bəzi qadınlar hamilə qalmağı bacarsalar da, körpələrini 20 həftəlik olmadan itirərlər. Histeroskopiya bunun səbəbini anlamaq üçün tətbiq oluna bilər.

4 – Uşaqlıq daxili bitişmələr. Bu vəziyyətə Asherman sindromu deyilir. Bu bitişmələr sonsuzluğa və menstural dövründə dəyişikliklərə yol aça bilərlər. Bitişmələrə qətirən vəziyətlər – abortlar, uşaqlıq boşlugunu qaşınmaları, endometrit, adenomioz və s..

5 – Uşaqlıq daxili törəmələr. Bəzən polip və submukoz mioma kimi xoş-xəsəli törəmələr histeroskop ilə aşkar edilə bilər. Histeroskopiya zamanı şübhəli törəmələrdən biopsiya alınır və törəmələrin bəd-xəsəli olub olmadığı araşdırılır.

Cerrahi histeroskopiya – müalicə məqsədi ilə istifadə edilir. Bəzi vəziyyətlərdə histeroskopiya açıq qarın əməliyyatları yerinə istifadə edilə bilər. Bu prosedur xəstəxanaların ameliyahanelerinde, ümumi anesteziya altında tətbiq olunur. Cerrahi histeroskopiya zamanı uşaqlıq daxili bitişmələr, uşaqlıq daxili arakəsmə, poliplər, submukoz miomalar aradan qötürülür. Histeroskop vasitesi ilə endometrial ablasiya (uşaqlıqın daxili selikli təbəqəsinin yandırılması) procedurı həyəta keçirilir. Ablasiya ağır qanaxma vəziyyətlərini müalicə etmək məqsədiylə edilir. Bu prosedur üçün histeroskopla birlikdə lazer və ya rezektoskop kimi digər alətlər də istifadə edilə bilər. Ablasiya üçün göstərişlər: təkrarlanan endometrial hiperplaziya, qanaxma.

Bəzi hallarda, daha kompleks prosedurlar üçün, uşaqlıqın xaricini görə bilmək məqsədiylə eyni zamanda laparoskopiya da istifadə edilə bilər. Nəticə olaraq histeroskopiya etibarlı bir əməliyyatdır.