HİLT-terapiya və Robotik Lazer

HİLT-terapiya və Robotik Lazer

HİLT  terapiya-  patentləşmiş  lazer  impulslarının əsasında lazer  terapiyasının xüsusi  işlənmiş  üsulu  olub, dərin  toxumaların  patologiyalarının , onurğa  problemlərinin  müalicəsində  istifadə  edilir.Bu  cür  patologiyalar  travmalar,   güclü  fiziki  təsir  və  sairə  nəticəsində  yaranır.

HİLT-terapiya  aparatı  qısa  müddətdə  təsir  edən çox  güclü  lazer  impulsu  yaradır. Nəticədə  lazer  şüası  səthi  toxumaları  isitmədən  dərin  toxumalara  nüfuz  edir.  Müvafiq  olaraq  bu  müalicə  üsulunda  istilik  zədələnməsi  istisnadır.

HİLT-terapiyanın  digər  üstün  cəhəti  yüksək  effektivliyin  əldə  edilməsidir.Bu  üsul  vasitəsilə  ağrı  tez  aradan  qaldırıldığı  üçün  reabilitasiyanı  davam  etdirmək  mümkündür.

Həmçinin  HİLT-terapiya  orqanizmin  daxili  bioliji  proseslərini  sürətləndirir,qanın  mikrosirkulyasiyasını,limfodrenajı  yaxşılaşdırır, toxumaların  bərpasına  səbəb  olur.

HİLT-terapiyaya  göstərişlər:

Oynaq xəstəlikləri (artritlər, artrozlar, bursitlər  və s.)
Travmalar və  posttravmatik  zədələnmələr
Qığırdaq toxumasının  iltihabi prosesləri
Onurğanın osteoxondrozu
Fəqərəarası disk  yırtığının lazerlə  müalicəsi
HİLT-terapiyanın  faydaları  nedir?

Onurğa yırtıqlarının  kiçildilməsi
Osteoxondrozun yüngülləşdirilməsi
Xroniki radikulitin  müalicəsi
Artrozlar və  digər  oynaq  xəstəlikləri  zamanı oynağın  vəziyyətinin  yaxşılaşdırılması
Onurğanın sinir  kökcüklərinin  sıxılması  nəticəsində  yaranan kəskin  ağrının  aradan  qaldırılması
Zədələnmiş dərin  toxumaların  reabilitasiyası -məs:sınıqlar,bağ  qopuğu,əzələ zədələnməsi  və s.
Zərbə-dalğa  terapiya – dayaq-hərəkət  sisteminin  müasir  və  effektiv  müalicə  üsuluidur. Bu  unikal  müalicə  üsulu  səs   dalğalarının  tibbi  məqsədlə  istifadəsinə  əsaslanır.Müalicə  proseduru  çox  aşağı  tezlikli (eşidilməyəcək  dərəcədə) səs  dalğaları (akustik  dalğalar) yaradan  xüsusi  cihaz  vasitəsilə  aparılır.Cihazın  təmas  etdiyi  nahiyyədə  bu  akustik  dalğalar  toxumalarla  yayılaraq  sümüyə  qədər  hərəkət  edir.Bu  müalicə  üsulu  öz  sadəliyinə  və  effektivliyinə  görə  geniş  istifadə  edilir.Prosedur  zamanı  artıq  pasiyent  aşağıdakıları  qeyd  edir:
Cihazın təmas  nahiyyəsində  qan  axınının  artması
Ağrının aradan  qalxması
Əhvalın yaxşılaşması
Bu  prosedur  sadə  olduğu  üçün  xüsusi  hazırlıq  tələb  etmir.Ən  önəmli  cəhət-artıq  ilk  seansdan  pasiyentin  əhval-ruhiyyəsinin  yaxşılaşmasıdır.Zərbə-dalğa  terapiyası  əsasən  dayaq-hərəkət  sisteminin  xəstəliklərində  tətbiq  edilir.